Sabirabadda müavin hər ev üçün 3000 manat "şirinlik" istəyir
1-08-2013, 10:15
Oxunub: 4 976
İcra başçısının müavini seldən zərər çəkmişlərlə bazarlığa gedib
Bir neçə il bundan əvvəl Kür çayının daşması nəticəsində meydana gəlmiş sel fəlakətinin fəsadları hələ də tam aradan qaldırılmayıb. Jam.az xəbər verir ki, Sabirabad rayonunda bununla bağlı vəziyyət daha ağırdır.
Belə ki, rayon sakinlərinin bir çoxuna ev tikilməsi və ya evinin təmir olunması nəzərdə tutulsa da, onlar reallaşdırılmayıb. Sakinlərin verdiyi məlumata görə, hazırda durum daha kritikdir. Çünki seldən əziyyət çəkənlərə yeni evlərin tikilməsi əsl alver predmetinə çevrilib. Məlumatda deyilir ki, Sabirabad rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənova həvalə edilmiş iş pul qarşılığında həllini tapa bilir.
Qeyd olunur ki, FHN-in inşa etməli olduğu evlərin siyahısını tərtib edən Həsənov bu istəkdə olan şəxslərdən pul tələb edir. Məlumatlara görə, icra başçısının birinci müavini hər ev üçün 3000 manat «şirinlik» tələb edir. Həmin məbləği verənlər qısa müddətdə mənzillə təmin edilsələr də, etiraz edənlərin adları siyahıdan çıxarılır və ya onların adı ən sonuncular sırasına daxil edilir ki, bu da zərər çəkənlərin daha bir neçə il gözləməsi anlamına gəlir deməkdir. Bolgexeber.com bildirir ki, əməkdaşlarımız rayonun Ağamədli,Ulacalı,Ələmbəyli,Azadəkənd kəndlərində çoxlu sayda şikayətçilərlə görüşmüşdür və bu kəndlərin sakinlərinin şikayətləri əsasında hazırlanan geniş reportaj yaxın zamanlarda oxuculara təqdim olunacaq.
Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər