Bazarında üsyan qalxan deputat danışdı
1-08-2013, 12:35
Oxunub: 4 952
"Mən hazırda istirahətdəyəm. Kürdəmirdə baş verənlərdən elə də xəbərim yoxdur. Rayonla əlaqə saxlamışam. Deyiblər ki, müxalifətçilər camaatı ayağa qaldırır. Polis də bu cəhdin qarşısını alıb".
Bunu Teleqraf.com-a açıqlamasında Kürdəmirdən olan deputat Fərhad Qəribov bu gün rayon bazarında satıcıların etirazına münasibət olaraq bildirib.
Millət vəkili qeyd etdi ki, bazar onun yox, yaxınlarına məxsus olduğundan, orada baş verənlərə qarışmır: "Kimsə yer pulunun baha olmasına etiraz edirsə bunu adi qaydada rəhbərliyə bildirsin. Aksiyaya nə ehtiyac var. Həmçinin Kürdəmir bazarı yeni tikilən və təmiz, səliqəli bazardı. Bazarı tikənlər camaata pislik etməyib. Gərək camaat da bunu başa düşsün".
Qeyd edək ki, avqustun 1-də səhər saatlarında Kürdəmir rayonunun mərkəzi bazarında bir qrup sahibkar etiraz aksiyası keçirib. Mağaza sahiblərinin etirazına səbəb bazar rəhbərliyinin aylıq yer haqqını 3 dəfə artırmasıdır.
Hüquq müdafiəçisi Lətafət Məlikova bildirib ki, bazarın sahibi deputat Fərhad Qəribovun oğludur.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər