Ağcabədinin icra başçısı əhaliyə qan uddurur
2-08-2013, 17:20
Oxunub: 5 749
İri və xırdabuynuzlu heyvandarlığın, dənli bitkilərin istifadəsi üçün ayrılan dövlət torpaqları bu gün sözün əsl mənasında sahibkarlar üçün cəhənnəm vadisini xatırladır.
Bolgexeber.com-un redaksiyasına Ağcabədi rayon sakinlərinin adından şikayət məktubu daxil olmuşdur. Rayonun icra başçısının əməllərindən bəhs edən məktubda bildirilir ki,Ağcabədi, Aran Qarabağın ən barlı-bərəkətli bölgəsidir. Bərəkətli torpağı, sakit və zəhmətkeş əhalisi olan bu lənətlənmiş rayonun yiyə sıradan bəxti gətirmir ki, gətirmir. Kimi bu rayona icra başçısı təyin edirlər ancaq çalıb-talamaq barədə düşünür. Ya haqqın lənətinə, ya da ki, şeytan tilsiminə rast gəlib Ağcabədi.
Rayon İcra Hakimiyyətinin Başçısı, əslində özünü qeyri-qanuni şah elan edən zati-cənab Şahin Məmmədov rayona rəhbər təyin ediləndə elə üsuli-idarə forması düşünüb ki, dünyanın bütün huri mələkləri və alimləri gəlsə yəqin ki, bu labirintin sonunu tapa bilməz. Təbii ki, biz də bir çox analoqu olmayan Şahin Məmmədov “icad” və “kəşfləri” barədə araşdırmalar və müxbir təhqiqatları aparmağa çalışdıq. Fəqət, nə illah eləsək də nəticəyə vara bilmədik ki, bilmədik.
Beş-on il bundan öncə dövlət torpaqlarının sahibkarlara icarəyə verilməsi barədə Azərbaycan hökumətinin yürütdüyü iqtisadi bolluq siyasəti əslində çox düzgün və alqışlanmalı bir qərar idi. İri və xırdabuynuzlu heyvandarlığın, dənli bitkilərin istifadəsi üçün ayrılan dövlət torpaqları bu gün sözün əsl mənasında sahibkarlar üçün cəhənnəm vadisini xatırladır. Çünki hər il əkin dövrü başlayanda və məhsul yığımı qurtaranda Şahin Məmmədovun xəzinəsinə üç min manat pul ödəməlisən. Əks halda icarədarlar həmin torpaqları zorla tərk etmək məcburiyyətində qalırlar. Əgər alver bununla qurtarsa, bəlkə də dərd yarı olardı. Vətəndaşlar ərazilərində suvarma artezian quyuları qazdırmaq üçün Şahin Məmmədovun qeyri-gizli göstərişinə əsasən hər quyu üçün başçıya enerji istismarı idarəsinin baş “vergi yığımı” Ağamirov Tofiqə 1500-2000 manat, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin rayon şöbəsinin müdiri Abbas Süleymanova 300 manat, aparatın kənd təsərrüfatı sahəsinə baxan müavini Leyla xanım Əsgərovaya 300 manat “vergi” yəni rüşvət verməlisən. Yüzlərlə sahibkarın yoluxduğu bu “xəstəlik” hər il Şahin Məmmədova 2-3 milyon manat qazanc gətirir. Buğda payı, soğan payı və əmlik quzuları bu hesaba qatmırıq.
Bu gün Ağcabədi rayonu sözün əsl mənasında abadlaşıb və gözəlləşib. Fəqət bu gözəlliyin memarı nə Şahin Məmmədovdur, nə də onun “baş üstə”, “bəli”, “oldu” sözündən başqa dili söz tutmayan məmurları. Rayonun gözəlləşməsi və abad hala düşməsi idarə və təşkilat müdirlərinin hesabına, eləcə də şəxsi obyekti olan şəxslərin vəsaiti hesabına başa gəlir. Tutaq ki, Sərvərin (ad şərtidir) bir ticarət məğazası var. Həmin mağazanın önündəki səki başdan-başa üzlük daşla döşənməli, mağazaya üzlük vurulmalı, rəng seçimi Şahinin zövqünə uyğun olmalıdır. Vay, o günə ki, mağaza qonşu mağazadan azca kiçik olsun. O dəqiqə onun damı sökülüb “Dimdik” şəklinə salınmalıdır və qonşu mağazanın damı ilə bərabər səviyyədə vurulmalıdır. Yoxsa? Bax, Allah o gündən saxlasın.
Yol qırağında əkilən yaşıllıqlar isə rayon ərazisində fəaliyyət göstərən məktəb müəllimlərinin maaşından yığılan pula alınır. Hər həftənin şəbnə günü müəllimin əlində dəryaz, süpürgə, yaba və s. görsəniz qətiyyət təəccüblənməyin. Onları görənlər o dəqiqə qımışırlar ki, baxın, Şahin qanqal biçənləri gəlir. Ot yolan, alaq vuran, yol süpürən müəllimləri görəndə istər-istəməz hər şeyə nifrət edirsən ki, ilahi bu ziyalı ordusunu bu kökə hansı ehtiyac salıb?
Bəzən qadın müəllimlərə dərs vaxtı süpürgə verib şəhərin mərkəzi küçələrini süpürtdürürlər. Alkaş və ya qanmaz bir gənc avtomobillə onların yanından keçəndə əlindəki siqareti atır yerə və deyir”Xanım, bunu da təmizlə”. Bütün bunları görən Şahin Məmmədov azacıq da olsa utanıb xəcalət çəkirmi görəsən? Ay tövbə! İndi gəl, rayonun ziyalı ordusuna İlham Əliyev hakimiyyətini sevdir. Şahin Məmmədovun bütün qanunlardan üstün olduğu Ağcabədidə bu sevgi dəhşətli bir sürətlə azalmağa doğru gedir. Bütün bunlar təkcə təhsildə çalışan qadınlara aid deyil. Bu sıraya rayon Mədəniyyət və Turizm şöbəsinin, Mərkəzi xəstəxananın da qadın işçiləri aiddir. Nə yazıq ki, Ş.Məmmədov və məmurlarının heç birisinin həyat yoldaşı, iməcilik adlanan bu “Qara Şənbə”də heç vaxt gözə dəyməyiblər.
Oxucularımızı gələn saylarımızda nə gözləyir onu anons edək:
-Şahin Məmmədovun “asfalt” şapalağı
-İçməli su adı altında dövlətin pulları necə talan edilir?
-Tikilən məktəb binalarından nə qədər şapka” alınır?
-Ağcabədi şəhərinin meri kimin oğludur?
-Şahinin Əli-Əli Əliyevin qeyri-adi korrupsiya üsulları
Bizi izləyin...
Yazıda adıçəkilən bütün şəxslərin mövqeyini dinləməyə hazırıq.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər