BolgeXeber.Com » Bölgə » Zaqatalada karantin qaydalarını pozan restoran sahibi cərimələnib

Zaqatalada karantin qaydalarını pozan restoran sahibi cərimələnib

23-08-2021, 11:58
Oxunub: 3 296 Zaqatala Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri nəzarət tədbirləri zamanı Yuxarı Tala kəndində yerləşən “Sərin” restoranında karantin rejimi qaydalarının pozulduğu aşkarlanıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Bolgexeber.com-a verilən məlumata görə, aparılan yoxlama zamanı restoranda təşkil edilən toy mərasimi barədə məlumatların “icaze.e-gov.az” portalında qeydiyyatdan keçirilmədiyi müəyyən edilib.
Aşkarlanmış qayda pozuntuları ilə bağlı obyektin sahibi Cavid Cumayev barəsində qanunvericiliyə uyğun müvafiq tədbir görülüb.