İş adamı icra başçısından 65 min manat pulunu istəyir
7-08-2013, 10:25
Oxunub: 5 622
«Zərdabın icra başçısı mətbuatı saymır»
“Zərdabın icra başçısı Lütfəli Babayev etdiyi əmələ görə, seçki ilində hökuməti pis vəziyyətə qoyub. Prezidentin təyin etdiyi adam dələduzluq edib. Artıq Azərbaycanda hər kəs bilir ki, Lütfəli Babayev mənim 65 min dollarımı dələduzluq yolu ilə mənimsəyib. O, mənim 65 min dollarımı mənimsəyib. Heydər Əliyev adına park salacağını bildirirdi. Ona dəfələrlə müraciət etmişəm, bu məsələnin ictimailəşməsini istəmədiyimi bildirmişəm. Lakin nəticəsi olmayıb. Ona görə də məcbur qalıb mətbuata bu barədə danışmışam”. Bu sözləri “Bizim yol”a iş adamı Fəqan Nəsibov bildirib.
İş adamı deyir ki, avuqst ayının əvvəlində Lütfəli Babayevin qəbuluna gedib: “İcra başçısının qəbuluna nümayəndəm yollandı. O icra hakimiyyətinin hüquq şöbəsinin rəhbəri və , icra başçısının köməkçisi ilə görüşüb. Lüfətli Babayevə məlumat verilib ki, bəs ondan şikayətçilər gəliblər, pullarını istəyirlər. L.Babayev deyib ki, mən belə bir adam tanımıram, heç kimə borcum yoxdur”.
Fəqan Nəsibovun sözlərinə görə, icra başçısı onun barəsində mətbuatda yazılanları oxumadığını deyib: “Nümayəndəm bildirib ki, icra başçısının dələduzluğu ilə bağlı dəfələrlə mətbuat konfransı keçirilib, mətbuata açıqla verilib. İcra başçısı öz növbəsində mətbuatı oxumadığını, saymadığını bildirib. Baxın, Prezident İlham Əliyev deyir: “mətbuat mənim dostumdur”. Prezident hara getsə onu mətbuat təmsil edir, mətbuatla işləyir. Bir Prezidentə baxın, bir də icra başçısının mətbuata olan münasbətinə. Dövlət başçısı Lütfəli Babayev barəsində tədbir görməlidir. Yenidən İlham Əliyevə müraciət edəcəm”.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər