BolgeXeber.Com » Bölgə » Bərdə Regional Mədəniyyət İdarəsi “Torpağı Vətən edənlər” layihəsinə sart verdi
Bərdə Regional Mədəniyyət İdarəsi “Torpağı Vətən edənlər” layihəsinə sart verdi
14-09-2021, 18:44
Oxunub: 5 440
Bərdə Regional Mədəniyyət İdarəsi Tərtər rayon Nümayəndəliyi “Torpağı Vətən edənlər” layihəsinə sart verib Layihənin məqsədi Vətən müharibəsində şəhid olan Tərtər igidlərinin valdeyinləri və övladları ilə Tərtər rayon Heydər Əliyev Mərkəzində görüş keçirmək, onların keçdiyi həyat və döyüş yolunu, göstərdikləri qəhrəmanlıq nümunələrini gənclər və yeniyetmələr arasında aşılanması və təbliğ edilməsi məqsədi daşıyır.
Layihənin ilk qonağı Vətən müharibəsi qəhrəmanı şəhid polkovnik-leytenant Anar Əliyevin valdeyinləri olmuşdur. Həmçinin, tədbirdə Tərtər rayon Cümə məscidinin axundu, rayon icra hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və Şəhid Ailələri ilə işin təşkili şöbəsinin nümayəndəsi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsinin rəisi, Azərbaycan Vətən müharibəsi Veteranlar Təşkilatının Tərtər rayon üzrə nümayəndələri və Vətən müharibəsi qaziləri iştirak etmişdir.
Əvvəlcə nümayəndəlik tərəfindən Şəhid polkovnik-leytenant Anar Əliyev haqqında hazırlanmış videoçarx nümayiş olunmuşdur.
Sonra tədbir iştirakçıları və şəhidin valdeyinləri Anar Əliyevin keçdiyi döyüş yolundan, onun göstərdiyi igidlik və şücaətdən söhbətlər açmış, rayon Mədəniyyət Mərkəzinin dərnək üzvüləri şəhid haqqında şeirlər səsləndiriblər.
Sonda Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının Tərtər rayon üzrə Komitəsi tərəfindən şəhidin valdeyinlərinə hədiyyələr təqdim olunmuş, eyni zamanda şəhidin atası Vaqif Əliyev polkovnik-leytenat Anar Əliyevin keçdiyi döyüş yolundan bəhs edən kitabları tədbir iştirakçılarına hədiyyə edib.
Bolgexeber.com



















Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər