BolgeXeber.Com » Bölgə » Lerikdə deputatın qardaşı at oynadır

Lerikdə deputatın qardaşı at oynadır

11-08-2013, 16:10
Oxunub: 4 878 Lerik rayonunun Piran kəndindən olan bir qrup sakini saytımıza müraciət ediblər.

Müraciətdə kənd sakinləri Lerik rayonun deputatı İqbal Məmmədovun qardaşı Çingiz Məmmədovdan şikayət edirlər.”Lerik rayonun deputatı İqbal Məmmədovun qardaşı Çingiz Məmmədov Lerikdə at oynatmağa davam edir.

Lerik rayonun Piran kəndində fəaliyyət görsədən “PİRAN Broyler” Piran kəndində yaşayan əhalini boğaza yığıb.Yerli sakinlər bildirirlər ki, kanalizasiya problemi ucbatından Çingiz Məmmədovun əmriylə küçələrə tökülən broylerin zibillərinin üfunət iyi ucbatından evdə oturmaq olmur.

Kənd sakinləri bildirirlər ki, bu boyda Piran kəndində cəmi 2-3 nəfər orda işləyir, onlarındaki əmək müqaviləsi yoxdur və heç kimlə burda müqavilə bağlanmır.İşçilər əmək müqaviləsin tələb eləyəndə onları işdən qovurlar.”Kənd sakinləri onu da qeyd edirlər ki, broyler tikiləndə həmin torpaqları gücnən camaatdan alıblar və heç bir kompensasiya ödəməyiblər.Kənd sakinləri bu məsələylə əlaqadar hara şikayət etsələrdə heç bir nəticə olmayıb