Bərbad gündə olan Tərtərdə təhsil
12-08-2013, 12:50
Oxunub: 6 088
Aydın Qarayev rayonda pul qazanmaqla məşğuldur, uşaqların taleyi isə onu maraqlandırmır
Tərtər rayonunda təhsilin səviyyəsi bərbad həddədir. Vəziyyət o yerdədir ki, artıq rayonun orta məktəblərində təhsil alan uşaqların bir çoxlarının ali məktəblərə daxil olması bir neçə ildir mümkünləşmir.
Redaksiyaya daxil olan məlumata görə, rayon təhsil şöbəsinin müdiri Aydın Qarayevin məsələdən xəbərdar olması da heç nəyi dəyişmir. Çünki onu uşaqların gələcəyindən daha çox, cibinin pulu maraqlandırır.
Rayon Təhsil Şöbəsinin müdiri Aydın Qarayevin özbaşınalıqları barədə xəbərlər yayılıb. Rayonda təhsilin durumu ilə bağlı şikayət edənlər bildirirlər ki, hələ bir neçə il bundan öncə Bakının Nizami Rayon Təhsil Şöbəsinin müdiri vəzifəsində işləmiş Aydın müəllim artıq o zaman özünün maliyyə maxinasiyaları ilə diqqəti cəlb edib. Lakin o, vəziyyətdən çıxmaq üçün çıxış yolları da tapıb.
Rayondakı mənbələr bildirirlər ki, RTŞ müdiri rayonun təhsil sahəsinin inkişafı üçün ayrılmış dövlət vəsaitlərinin təyinatı üzrə xərclənməsini təmin etmir: “Şöbə müdiri həmin vəsaitlər hesabına təhsili dirçəltmək əvəzinə, daha da bərbad günə salıb. Cəmilli, Umudlu, Qarağacı, 2 saylı Sarıcalı kənd orta məktəbində demək olar ki, təhsil verilmir. Bu məktəblərin direktorları şöbə müdirinə yaxın insanlardır. Onların içərisində hətta ali təhsili olmayan şəxs də var. Əlaqədar qurumlar şöbənin fəaliyyətini diqqətlə araşdırsalar, daha çox maliyyə maxinasiyalarını və digər qanun pozuntularını aşkar edə bilərlər”.
Bundan başqa, Aydın müəllim məktəblərinə yeni invertarlrın alnması adı altında küllü miqdarda vəsaitləri mənimsəyir. «Hətta rayon məktəblərinə çatması vacib olan dizel yanacağının alınması üçün ayrlan vəsait belə mənimsənilir».
Mənbənin sözlərinə görə heç bir şeydən çəkinməyən Təhsil şöbəsinin müdiri hətta rayon məktəblərinə ayrılan dərslikləri belə rayon bazarına çıxarıb satdırır. «Artıq ardıcıl olaraq 6-cı ildir ki, məzunlar Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi imtahanlarda uğur qazana bilmirlər. Orta məktəbi bitirən şagirdlərin az hissəsi tələbə adını qazanır. Rayon üzrə şagirdlərin dərslərə davamiyyəti xeyli aşağıdır. Müəllimlərin bəzisi repetitorluq etdiyi üçün məktəbdə uşaqları öyrətmək istəmirlər, dərsə gəlmirlər. Direktorlar həmin müəllimlərdən rüşvət alaraq onların məktəbdən yayınmalarına göz yumurlar»
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər