BolgeXeber.Com » Bölgə » Deputat Musa Qasımlı üçün özəl gün

Deputat Musa Qasımlı üçün özəl gün

28-10-2021, 10:26
Oxunub: 3 392 Bu gün Azərbaycan Milli Məclisinin görkəmli deputatı Musa Qasımlının ad günüdür.
Musa Qasımlı 1957-ci il 28 oktyabrda Yardımlı rayonunun Hamarkənd kəndində anadan olmuşdur. Orta məktəbi tərifnamə ilə bitirib 1974-cü ildə Bakı Dövlət Universitetinin tarix fakültəsinə daxil olan Qasımlı ali təhsilini də fərqlənmə diplomu ilə başa vurmuşdur. Aspirantura təhsilini isə  BDU-nun Avropa və Amerika ölkələrinin yeni və müasir tarixi kafedrasının əyani bölməsində alıb. O, Yardımlı rayonunun ilk tarix elmlər doktoru və professoru olmaqla yanaşı, ölkədə ən gənc tarix elmləri doktoru olub.
AMEA Rəyasət Heyətinin 27 yanvar 2016-cı il tarixli qərarı ilə Qafqazşünaslıq İnstitutunun direktoru təyin edilib. 2016-cı il 29 iyunda isə  AMEA Rəyasət Heyətinin direktoru vəzifəsini icra etməyə başlayıb.
Ömrünü vətənin qabaqcıl və aktiv kadrlardan biri olmaq üçün sərf edən Musa Qasımlı Təhsil Nazirliyinin “Qabaqcıl təhsil işçisi” döş nişanı, “Qazaxıstan Respublikası Elmlər Akademiyasından xatirə” medalı , İlham Əliyevin sərəncamı ilə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi” medalı, “Azərbaycan Respublikasının yubileyi” medalı, Milli Məclisin “Parlament” medalı, XİN-nin sərəncamı ilə “Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi” medalı, DSX rəisinin əmri ilə “Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi” medalı və digər fəxri medal və nişanlarla təltif edilib.

Hazırda Yardımlı rayonunu Milli Məclisdə təmsil edən deputatın Azərbaycan tarixinin öyrənilməmiş bir sıra aktual problemlərinin araşdırılmasında əvəzsiz rolu olmuşdur. Sərhədlərimizdən kənarda, onlarla ölkənin nüfuzlu nəşr və mətbuatlarında monoqrafiyaları və elmi məqalələri müxtəlif dillərdə nəşr edilmişdir. Bu sayədə görkəmli tarixçi alim olaraq nəinki Azərbaycanda, xarici ölkələrdə də şöhrət qazanmışdır. Qeyd edək ki, görkəmli deputat həm də ali məktəblərdə tədris edilən tarix kitabları və məhsuldar fənn proqramlarının müəllifidir.
Musa Qasımlı uzun illərdən bəri Ermənistanın tarixi saxtalaşdıraraq, yalnış informasiya və saxta sübutlarla dünyaya tirajlanan nəşrlərinə və əsassız “elmi” məqalələrinə qarşı savaş açmışdır. Erməni millətinin xain xislətini təsvir edən iri həcmli monoqrafiyası rus, türk və ingilis dillərində tirajlanmış və xarici araşdırmaçıların da güvəndiyi mənbələrdən birinə çevrilmişdir. Azərbaycan tarixini səlis və dəqiq sübut və informasiyalarla kitablarında təhlil etməsi digər millətlərin tariximizi daha şəffaf və dərindən öyrənməsinə şərait yaratmışdır.
Bolgexeber.com olaraq Azərbaycanın keçmişinə, bu gününə və gələcəyinə öz dərin bilikləri və bacarıqları ilə işıq tutan Musa bəyi doğum günü münasibətilə təbrik edir, uzun ömür can sağlığı arzu edirik.