BolgeXeber.Com » Bölgə » Tərtər rayon Nümayəndəliyi Zəfər Günü ilə əlaqədar konsert proqramı təşkil edib

Tərtər rayon Nümayəndəliyi Zəfər Günü ilə əlaqədar konsert proqramı təşkil edib

8-11-2021, 12:42
Oxunub: 5 728 Tərtər rayon Nümayəndəliyi Heydər Əliyev adına İstirahət parkında 8 noyabr Zəfər Günü ilə əlaqədar “Vətən sənə Zəfər yaraşır” başlığı altında konsert proqramı təşkil edib.
Tədbirdə şəhid ailələri, qazilər, mədəniyyət işçiləri və rayon ictimaiyyəti iştirak edib.
İlk öncə tədbir iştirakçıları Zəfər Gününə həsr olunmuş kitab və Qarabağ xalçalarından ibarət təşkil olunmuş sərgiyə baxış keçiriblər.
Tədbirdə qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə 44 gün davam edən və Azərbaycanın qələbəsi ilə başa çatan Vətən müharibəsində vətənimizin ərazi bütövlüyü uğrunda Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin göstərdiyi qəhrəmanlıq və şücaətlərdən danışaraq, qeyd edib ki, bu gün Müstəqil ölkəmiz Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında tariximizin ən şərəfli günlərini yaşayır. Qalib Azərbaycan xalqı Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu qızıl hərflərlə zəfər tariximizə yeni səhifə yazıb.
Tədbirdə iştirak edən şəhid ailələri dövlət rəhbərliyinin hər zaman diqqət və qayğısını hiss etdiklərini, göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildiriblər.
Daha sonra tədbir konsert proqramı ilə davam edib.