BolgeXeber.Com » Bölgə » Şamaxıda 5,1 bal gücündə zəlzələ oldu

Şamaxıda 5,1 bal gücündə zəlzələ oldu

20-11-2021, 18:56
Oxunub: 3 176 Azərbaycanda zəlzələ olub.

Bolgexeber.com xəbər verir ki, AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, zəlzələ yerli vaxtda saat 16:46-da Pirquludan 20 kilometr cənubda, Şamaxı ərazisində baş verib.
 
Maqnitudası 5,1, dərinliyi 42 kilometr olub.
 
Məlumata görə, yeraltı təkanlar Bakı, Sumqayıtla yanaşı bir sıra bölgələrdə də hiss olunub.