Tərtərdə daha kimlər vəzifəsindən alınıb? - RİH aydınlıq gətirdi
9-12-2021, 17:02
Oxunub: 9 120
Bəzi saytlarda Tərtər Rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Ramiz Şabanovun işdən azad olunması ilə bağlı yalnış informasiyalar verilir. Bununla bağlı bildiririk ki, Tərtər Rayon İcra Hakimiyyəti başçısının sabiq birinci müavini Ramiz Şabanov dövlət qulluğunda çalışmağının son yaş həddinə çatdığı üçün öz ərizəsinə əsasən işdən azad edilmişdir. Bu barədə Bolgexeber.com-a Tərtər Rayon İcra Hakimiyyətindən verilən məlumatda deyilir.
Məlumatda daha sonra bildirilir:
"Tərtər Rayon İcra Hakimiyyəti başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Abbas Cavadov, rayon icra hakimiyyəti başçısı aparatının Ərazi İdarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Fizuli Əliyev və rayon icra hakimiyyəti başçısı aparatının Memarlıq və tikinti şöbəsinin müdiri-baş memar Tofiq Kərimov isə hazırda öz vəzifələrində çalışırlar.
Əlavə olaraq bildiririk ki, yazı müəllifləri Tərtər Rayon İcra Hakimiyyəti ilə əlaqə yaratsa, düzgün məlumat əldə edərək oxucularına yalnış informasiya verməzdi".
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər