BolgeXeber.Com » Bölgə » Rafiq Cəlilov yeni asfalt örtüyü vurulan küçələrdə olub

Rafiq Cəlilov yeni asfalt örtüyü vurulan küçələrdə olub

17-12-2021, 12:37
Oxunub: 1 112
Ölkə başçısının qayğısı sayəsində respublikamızın bölgələrində aparılan quruculuq işləri Cəlilabadda da geniş vüsət alıb. 2021-ci ilin sentyabr ayından Cəlilabad şəhərinin küçələrində aparılan abadlıq işləri, yeni asfalt örtüyün döşənməsi bu dediklərimizin əyani sübutudur. Həyata keçirilən quruculuq işləri onu söyləməyə əsas verir ki, qısa zaman kəsiyində Cəlilabadda bütün küçələr müasir yolları ilə şəhərin görkəmini tamamilə dəyişəcək.
Bu gün Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov yeni asfalt örtüyü döşənmiş küçələrdə olub, görülən abadlıq işlərinin mövcud vəziyyəti ilə maraqlanıb.
Görülən işlərlə tanış olan icra başçısı hər bir işin keyfiyyətinə üstünlük verilməsini bildirib, aidiyyatı üzrə tapşırıq və tövsiyələrini verib.
Cəlilabadda aparılan genişmiqyaslı quruculuq işləri sakinlər tərəfindən də minnətdarlıqla qarşılanır və bütün bu işlərə görə ölkə Prezidenti cənab İlham Əliyevə təşəkkür edirlər.
Bolgexeber.com