BolgeXeber.Com » Bölgə » Tərtər Rayon İcra Hakimiyyətinin başçısı bir qrup şəhid valdeyinləri, müharibə veteranı və qazilərlə görüşüb

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı bir qrup şəhid valdeyinləri, müharibə veteranı və qazilərlə görüşüb

28-12-2021, 09:49
Oxunub: 472 Tərtər Rayon İcra Hakimiyyətində keçirilən görüşdə rayon rəhbəri Müstəqim Məmmədov qonaqları salamlayaraq 44 günlük Vətən müharibəsində qazandığımız şanlı Qələbədən danışıb. Qeyd edib ki, ötən il sentyabrın 27-də rəşadətli Azərbaycan Ordusu əks hücuma keçərək işğal altında olan torpaqlarımızı azad etdi. Son 200 il ərzində ilk dəfə olaraq ermənilərlə olan münaqişə Qələbə ilə başa çatdı. Vətən müharibəsi günlərində dövlətimizin başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev özünü dahi ictimai-siyasi xadimdən əlavə həm də bacarıqlı sərkərdə kimi göstərdi və Ermənistan kapitulyasiya aktını imzalamağa məcbur edildi. Bu isə Qələbə Prezident İlham Əliyevin dahi intellekti və müdrik siyasəti sayəsində əldə olundu.

Qeyd olundu ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə düşmən üzərində qazanılan şanlı Qələbədə Ordumuzun və döyüşlərdə iştirak edən əsgər və zabitlərimizin qəhrəmanlığı xüsusi qeyd edilməlidir. Biz döyüşlərdə şəhid olmuş soydaşlarımızın ruhu qarşısında baş əyir, onlara Ulu tanrıdan rəhmət diləyirik. Qədirbilən xalqımız onları heç vaxt yaddan çıxarmayacaq. Eyni zamanda, qanlı döyüşlərdə yaralanıb qazi olmuş vətəndaşlarımız da vardır. Dövlətimizin başçısı İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva hər zaman şəhid ailələrinin və qazilərin yanındadır. Onların problemlərinin həlli istiqamətində böyük işlər görülür.

Görüşdə çıxış edənlər şəhidlərimizin qanının yerdə qalmadığını, tarixi bir qələbənin qazanıldığını və bu qələbədə hər bir əsgərin Vətən qarşısındakı borcunu şərəflə yerinə yetirdiyini söylədilər. Qeyd olundu ki, torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimiz heç zaman unudulmayacaq, onların əziz xatirəsi qəlbimizdə daim yaşayacaq.

Çıxış edən şəhid valdeyinləri və qazilər onlara göstərilən xüsusi diqqət və qayğıya görə dövlətimizin başçısı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Görüşün sonunda Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədova Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin tərəfindən “Şəhid ailələrinə, qazilərə və veteranlara göstərdiyi diqqət və qayğıya, həmçinin 44 günlük Vətən Müharibəsi günlərində arxa cəbhədə xüsusi xidmətlərinə görə” diplom təqdim olunub və şəhid polkovnik leytenant, Vətən Müharibəsi Qəhrəmanı Əliyev Anarın atası Əliyev Vaqif tərəfindən Ona kitablar hədiyə edilib.