BolgeXeber.Com » Bölgə » Balakəndə karantin rejimi ilə əlaqədar reyd keçirilib, qaydaları pozan 17 nəfər cərimələnib
Balakəndə karantin rejimi ilə əlaqədar reyd keçirilib, qaydaları pozan 17 nəfər cərimələnib
11-01-2022, 10:27
Oxunub: 4 832
Balakən Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi və İctimai Təhlükəsizlik Bölməsinin əməkdaşları tərəfindən koronavirus pandemiyasının yayılmasının qarşısının alınması, elan edilən xüsusi karantin rejimi qaydalarına riayət olunması məqsədilə növbəti nəzarət-profilaktiki tədbirlər həyata keçirilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, tədbirlər zamanı avtobuslarda və taksilərdə tibbi maskadan istifadə etməyən sərnişin və sürücülər müəyyən edilib.
Həmçinin, taksilərdə şəffaf arakəsmələr quraşdırmayan, eləcə də COVID-19 pasportu olmadan sərnişindaşıma fəaliyyəti ilə məşğul olan sürücülər inzibati məsuliyyətə cəlb ediliblər.
Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı qapalı restoran və kafelərdə müştərilərin COVID-19 pasportu yoxlanılıb. Şadlıq saraylarının sahibi və icarədarları ilə mövcud tələblərə riayət etmələrinin vacibliyinə dair profilaktiki söhbətlər aparılıb.
Reyd daha sonra mağazalarda, eləcə də digər qapalı obyektlərdə davam etdirilib. Tibbi maska tələbini pozan alıcı və satıcılar aşkarlanıb ki,onların barəsində qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər