BolgeXeber.Com » Bölgə » Hacıqabul rayon Heydər Əliyev Mərkəzində “Böyük Qələbənin simvolu, Xarıbülbülün vətəni - Şuşa!” adlı tədbir keçirilmişdir

Hacıqabul rayon Heydər Əliyev Mərkəzində “Böyük Qələbənin simvolu, Xarıbülbülün vətəni - Şuşa!” adlı tədbir keçirilmişdir

15-01-2022, 14:09
Oxunub: 5 744 14.01.2022-ci il tarixində Hacıqabul rayon Heydər Əliyev Mərkəzində “Böyük Qələbənin simvolu, Xarıbülbülün vətəni - Şuşa!” adlı tədbir keçirilmişdir. Tədbirdə Heydər Əliyev Mərkəzinin əməkdaşları, şəhər 1, 10 saylı saylı tam orta məktəblərin və şəhər 8 saylı humanitar fənnlər təmaüllü məktəb-liseyin bir qrup şagird və müəllimi iştirak etmişdir.
Tədbiri giriş sözü ilə Mərkəzin direktoru Aytən İmanova açmış, iştirakçıları salamlamış və qeyd etmişdir ki, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev 2022-ci ili Şuşa ili elan etmişdir.
Əsası hələ 1752-ci ildə Pənahəli xan tərəfindən qoyulmuş Şuşanın bu il 270 yaşı tamam olur. Şuşa Azərbaycanın göz bəbəyi, mədəniyyət paytaxtıdır. Harda yaşamasından asılı olmayaraq, bütün azərbaycanlıların ürəyində Şuşa sevgisi, hər kəsin Şuşanı görmək arzusu vardır. Artıq Şuşamız əsil sahiblərinə qovuşuduğu üçün hər birimiz bu arzumuza çatacağıq. Amma Şuşadan, onun azadlığından danışanda Şuşa fatehlərini, 44 günlük Vətən müharibəsində Şuşa uğrunda, ümumiyyətlə, Azərbaycanın bütövlüyü uğrunda canlarından keçmiş Vətən oğullarını, Şəhidlərimizi unutmamalıyıq.
Şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildikdən sonra Mərkəzin əməkdaşları tərəfindən hazırlanmış “2022-ci il Şuşa ilidir” adlı video-çarxa tamaşa edilmişdir.
Sonra Mərkəzin baş fond mühafizi Məhəmməd İsayev Şuşa ilinin əhəmiyyəti, Şuşanın tarixi barədə geniş nitq söyləmişdir.
Daha sonra söz məktəblilərə verilmişdir: 1 saylı tam orta məktəbin 8-ci sinif şagirdi İradə Adıgözəlova, 8 saylı humanitar fənnlər təmaüllü məktəb-liseyin 9-cu sinif şagirdi Leyla Hüseynova, 10 saylı tam orta məktəbin 8-ci sinif şagirdi Sevil Yüzbaşova Şuşanın tarixi, təbiəti, gerbi, Şuşa qalası, görkəmli şəxsiyyətləri barədə geniş çıxış etmişlər.
Tədbirin sonunda Mərkəzin direktoru Aytən İmanova Heydər Əliyev Mərkəzi və rayon Gənclərin İnkişaf və Karyera Mərkəzinin birgə təşkilatçılığı ilə elan olunmuş “Qarabağın döyünən ürəyi - Şuşa!” adlı rəsm və əl işləri müsabiqəsi haqqında məlumat vermiş, məktəbliləri müsabiqədə iştirak etməyə dəvət etmişdir.
Tədbir Mərkəzin əməkdaşları tərəfindən hazırlanmış “Azərbaycanın mədəniyyət və musiqi beşiyi - Şuşa” adlı video-çarxa tamaşa edildikdən sonra yekunlaşmışdır.
Aytən İmanova,
Hacıqabul rayon Heydər Əliyev Mərkəzinin direktoru