Bərdədə şəhidlərin xatirəsi ehtiramla anıldı
21-01-2022, 13:02
Oxunub: 5 192
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet ordusunun xüsusi təyinatlı cəza dəstələri tərəfindən Bakıda dinc əhaliyə qarşı vəhşiliklər törədilib, günahsız insanlar qətlə yetirilib. Qanlı Yanvarda şəhid olmuş qəhrəman oğul və qızlarımız Azərbaycanın müstəqillik əldə etməsində misilsiz rol oynayıblar. O zaman SSRİ-nin başında duran ermənipərəst Qorbaçov tərəfindən törədilən bu qanlı faciə Ulu öndər Heydər Əliyevin 1993-cü ildə Azərbaycana hakimiyyətə qayıdışından sonra hüquqi-siyasi qiymətini aldı.
20 Yanvar Azərbaycan tarixinin ən dəhşətli faciələrindən biri olmaqla yanaşı, həm də şərəf və qürur səhifəsidir.
20 yanvar faciəsi Bərdədə geniş qeyd edilmişdir. Həmin gün rayon ərazisində dövlət bayraqları endirilmişdir. Bərdə rayon İcra Hakimiyyətinin Başçısı Vidadi İsayev YAP rayon təşkilatı, hüquq-mühafizə orqanları, idarə, müəssisə, təşkilat, ictimai birlik rəhbərləri, veteranlar, qazilər və ictimaiyyət nümayəndələri ilə birlikdə Azərbaycan tarixinin faciəli, eyni zamanda şərəfli səhifəsi olan 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar öncə “Qəhrəmanlar Parkı”nda rəmzi məşəl önünə qərənfillər düzərək ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş vətən övladlarının xatirəsini ehtiramla yad etmişlər.
Sonra Vətən uğrunda canından keçmiş şəhidlərin uyuduğu “Şəhidlər xiyabanı” ziyarət olunmuş, onların məzarları üzərinə tər qərənfillər düzülmüşdür. Saat 12.00-da bir dəqiqəlik xatirə sükutunu rayon rəhbərliyi Vətən müharibəsi zamanı Ermənistan Silahlı Qüvvələrinin Bərdə rayonuna atdığı Smerc tipli raket nəticəsində şəhid olmuş dinc Bərdə sakinlərinin xatirəsinə salınmış guşə önündə keçirmişlər.
Şəhidlərin ruhuna dualar oxunmuşdur.
Saat 12:00-da 20 Yanvar şəhidlərinin xatirəsi bütün rayon ərazisində bir dəqiqəlik sükutla yad olunmuşdur.


















Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər