Hacıqabulda seminar keçirilmişdir
10-02-2022, 13:56
Oxunub: 6 200
09.02.2022-ci il tarixində Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin mütəxəssisləri tərəfindən Hacıqabul rayonu təhsil müəssisələrinin rəhbər, tibb işçiləri və ərazi poliklinikalarının mütəxəssisləri ilə seminar keçirilmişdir. Bir saat müddətində keçən seminarda Respublika GEM-nın UYYG-na bölməsinin müdiri İqbal Səfərova “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti qaydalarının” təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Baş Nazirinin 10.09.2020-ci il tarixli, 332№-li Qərarına və bundan irəli gələn digər normativ sənədlərin tələbinə əməl olunması barədə, “Uşaq və yeniyetmələrin profilaktik tibbi müayinəsinin yaxşılaşdırılması və uşaqların dərin tibbi müayinələrinin keyfiyyətli təşkili” barədə, “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanından irəli gələn vəzifələrin icrası barədə aparılan tədbirlər haqqında, Azərbaycan Respublikası Prezidentinin “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planı”ndan irəli gələn tədbirlər barədə, Respublika GEM-nin UYYG-na bölməsinin həkimi Mehriban Eminova isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Təhsil müəssisələrinin tikintisinə, maddi-texniki təchizatına dair vahid normalar, ümumi sanitariya-gigiyena tələbləri, şagird yerləri ilə təminat normativləri” barəsində, gənclərin sağlam həyat tərzi və fiziki aktivlik sahəsində tədbirlər, məktəblilər arasında travmanın profilaktikası, narkomaniya, alkoqolizm və tütünçəkmənin zərərləri barədə sanitariya maarif işinin təşkili haqqında , qurd invaziyası hallarının azaldılması üçün məktəbəqədər təhsil müəssisələrində məktəblərdə uşaqların yoxlanılması, müalicəsi və profilaktikası tədbirlərinin aparılması barədə çıxış etmişdir.
Aytən İmanova,
Hacıqabul rayon Heydər Əliyev Mərkəzinin direktoru





Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər