BolgeXeber.Com » Bölgə » Lənkəranın İcra başçısı növbəti səyyar qəbul-görüşünü Viravul kəndində keçirib
Lənkəranın İcra başçısı növbəti səyyar qəbul-görüşünü Viravul kəndində keçirib
9-03-2022, 17:30
Oxunub: 2 616
Lənkəran ŞİH başçısı Taleh Qaraşov növbəti səyyar qəbul-görüşünü 15 mart 2022-ci il tarixdə rayonun Viravul kəndində keçirib. Sakinlər tərəfindən razılıqla qarşılanan qəbul-görüşdə İcra başçısı ilə birlikdə rayonun hüquq-mühafizə orqanlarının, əlaqədar təşkilatların və xidmət idarələrinin rəhbər şəxsləri də iştirak ediblər. Qəbul-görüşdə Viravul kənd İcra nümayəndəsi çıxış edərək ötən dövr ərzində kənddə görülən işlər barədə geniş məlumat verib. Qeyd olunub ki, rayonun iri yaşayış məntəqələrindən olan Viravul kəndində son illərdə dövlət investisiya proqramları çərçivəsində bir sıra mühüm sosial əhəmiyyətli layihələr icra olunub, ən müasir tələblərə cavab verən məktəb binası tikilib istifadəyə verilib, aqrar sahəyə göstərilən dövlət qayğısı sakinləri öhdələrində olan torpaqlardan daha səmərəli istifadə etməyə həvəsləndirdiyindən kənddə ümumi məhsul istehsalı əvvəlki illərə nisbətən dəfələrlə artıb. Xüsusilə heyvandarlıq, əkinçilik və baramaçılıq sahələrində yüksək nəticələr əldə olunub. Çıxış edən kənd sakinləri dünyada baş verən mürəkkəb qlobal hadisələr fonunda dövlət başçısının həyata keçirdiyi uğurlu siyasəti, xüsusilə əhalininin koronavirus pandemiyasının çətinliklərindən qorumaq sahəsində görülən əməli işləri ürəkdən bəyəndiklərini qeyd edərək müraciətlərinə göstərilən həssas münasibətə, davamlı qayğıya və əvvəlki qəbul-görüşlər zamanı qaldırılan məsələlərin həllinə görə ölkə Prezidenti cənab İlham Əliyevin və birinci vitse-prezident Mehriban xanım Əliyevanın ünvanına minnətdarlıq dolu fikirlər çatdırıblar. Qəbul-görüşü yekunlaşdıran İcra başçısı vətəndaşların müraciətlərinə həssaslıqla baxılması ilə bağlı ölkə Prezidentinin qarşıya qoyduğu vəzifələrin Lənkəran ŞİH-nin gündəlik fəaliyyətinin əsasını təşkil etdiyini və keçirilən səyyar qəbul-görüşlərin bu məqsədə xidmət etdiyini xüsusi vurğulayaraq irəli sürülən məsələlərin həllindən ötrü lazımi tədbirlərin görüləcəyini söyləyib.



Çox Oxunanlar
- 28-02-2023, 14:47 : Tərtərdə Azərbaycanın Milli Qəhrəmanı Elman Hüseynovun doğum günü münasibəti ilə tədbir keçirilib
Bölgə / Xəbərlər
- 26-02-2023, 11:44 : Xocalı Soyqırımından 31 il ötür
Gündəm / Xəbərlər
- 28-02-2023, 09:31 : Bu gün Od Çərşənbəsidir
Gündəm / Xəbərlər
- 6-03-2023, 15:17 : DYP bu şəxslərə MÜRACİƏT ETDİ
Gündəm / Xəbərlər
- 27-02-2023, 12:20 : Bu ərazilərdə yaşayanların NƏZƏRİNƏ
Sosial / Xəbərlər
- 1-03-2023, 10:27 : Azərbaycanda hündür mərtəbəli binalara QADAĞA QOYULUR?- ŞOK İDDİA
Sosial / Xəbərlər
- 25-02-2023, 09:30 : Vəziyyət GƏRGİNDİR- Alimlər HƏYƏCAN TƏBİLİ ÇALIR
Sosial / Xəbərlər
- 27-02-2023, 10:20 : Bu yollardan istifadə edən SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ
Sosial / Xəbərlər
- 4-03-2023, 15:43 : Marketdə baş verən hadisənin pərdəarxası tərəfi
Gündəm / Xəbərlər
- 6-03-2023, 13:01 : Bu gün Xalqxeber.Az xəbər saytının 11 yaşı tamam olur
Gündəm / Xəbərlər