BolgeXeber.Com » Bölgə » Tərtərdə N saylı hərbi hissədə Novruz şənliyi keçirilib-FOTO

Tərtərdə N saylı hərbi hissədə Novruz şənliyi keçirilib-FOTO

18-03-2022, 12:49
Oxunub: 3 720 Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədovun, Milli Məclisin deputatı Jalə Əhmədovanın, Şəhid valdeyinlərinin və qazilərin  ştirakı ilə rayon ərazisində yerləşən N saylı hərbi hissədə Novruz şənliyi keçirilib.
Tədbirdə əvvəlcə respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın dövlət himni oxunub.
Tədbirdə çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov xalqımızın əziz bayramı olan Novruz münasibətilə hərbiçləri təbrik etdi, çətin və şərəfli işlərində onlara müvəffəqiyyətlər arzuladı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsində qazanılan şanlı Qələbənin tarixi əhəmiyyətindən danışdı. Bildirdi ki, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə ötən il sentyabrın 27-də rəşadətli Azərbaycan Ordusu əks hücuma keçərək işğal altında olan torpaqlarımızı azad etdi. Son 200 il ərzində ilk dəfə olaraq ermənilərlə olan münaqişə Qələbə ilə başa çatdı. Vətən müharibəsi günlərində dövlətimizin başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev özünü dahi ictimai-siyasi xadimdən əlavə həm də bacarıqlı sərkərdə kimi göstərdi və Ermənistan kapitulyasiya aktını imzalamağa məcbur edildi. Bu isə Prezident İlham Əliyevin dahi intellekti və müdrik siyasəti sayəsində əldə olundu. Vurğulayıb ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə düşmən üzərində qazanılan şanlı Qələbədə Ordumuzun və döyüşlərdə iştirak edən əsgər və zabitlərimizin qəhrəmanlığı xüsusi qeyd edilməlidir. 
Sonra Millət Vəkili Jalə Əhmədova hərbi hissənin şəxsi heyətini təbrik edib, onlara çətin və şərəfli xidmətdə - Vətənin müdafiəsində uğurlar arzulayıb. Bildirib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu öz üzərinə düşən missiyanı layiqincə yerinə yetirərək 44 günlük Vətən müharibəsində Zəfər qazanıb. Əsgərlər və zabitlər şərəfli peşə sahibi olduğunu bir daha sübut ediblər. Diqqətə çatdırıb ki, torpaqlarımız şəhidlərin qanı bahasına azadlığa qovuşub. Bu gün Vətən keşiyində dayanan əsgərlər və zabitlər onlara əmanət olan torpaqları göz bəbəyi kimi qoruyurlar.
N saylı hərbi hissənin komandiri mayor Roman Sərkarov çıxış edərək qonaqlara təşəkkürünü bildirib, belə görüşlərin əsgərlər üçün mənəvi dəstək rolu oynadığını, onlarda ruh yüksəkliyi yaratdığını söyləyib. O, əsgər və zabitlərin Ali Baş Komandanın əmr və tapşırıqlarına sözsüz hazır olduqlarını ifadə edib. 
Sonra Şəhid valdeyinləri çıxış edərək əsgər və zabitləri Novruz Bayramı münasibəti ilə təbrik edib, Onlara çətin və şərəfli xidmətlərində uğurlar arzulayıblar.Şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıya görə ölkə rəhbəri cənab İlham Əliyevə və Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Sondaxidmətdə fərqlənən bir qrup hərbçiyə rayon icra hakimiyyətinin başçısı tərəfindən hədiyyələr təqdim edilib. Tədbir bədii hissə və incəsənət ustalarının konsert proqramı ilə davam edib.