BolgeXeber.Com » Bölgə » Hacıqabulda “Təqvimimizin ən qanlı tarixlərindən birinə - 31 marta Heydər Əliyev münasibəti” adlı tədbir keçirilmişdir

Hacıqabulda “Təqvimimizin ən qanlı tarixlərindən birinə - 31 marta Heydər Əliyev münasibəti” adlı tədbir keçirilmişdir

30-03-2022, 16:25
Oxunub: 8 216 30.03.2022-ci il tarixində Hacıqabul rayon Heydər Əliyev Mərkəzində 31 mart Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş “Təqvimimizin ən qanlı tarixlərindən birinə - 31 marta Heydər Əliyev münasibəti” adlı tədbir keçirilmişdir. 
Tədbirdə Hacıqabul rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları və Hacıqabul şəhər 1 saylı tam orta məktəbin bir qrup müəllim və şagirdi iştirak etmişlər. 
Mərkəzdə açılmış 31 mart Soyqırımına həsr olunmuş sərgiyə tamaşa edildikdən sonra tədbir dəyirmi masa ətrafında davam etdirilmişdir. 
Mərkəzin direktoru Aytən İmanova, baş fond mühafizi Məhəmməd İsayev və elmi işçisi Xanım Ağayeva çıxış edərək 31 mart Azərbaycanlıların soyqırımı barədə məktəblilərə, tədbir iştirakçılarına geniş məlumat vermişlər, qeyd etmişlər ki, törədilən soyqırım faktları uzun illər gizlədilmiş, yalnız Ümummilli Lider Heydər Əliyevin sayəsində xalqımızın başına gətirilən bu vəhşiliklərə hüquqi siyasi qiymət verilmişdir. Baş verənlər ilk dəfə soyqırım adlandırılaraq dünyaya bəyan olunmuşdur.  
Çıxışçılar həmçinin o zamanlar Hacıqabulda baş vermiş soyqırım hadisələri barədə də geniş söhbət açmışlar. 
Çıxışlardan sonra natiqlər məktəbliləri maraqlandıran suallara cavab vermişlər. 
Tədbirin sonunda "31 mart Soyqırımı" adlı video-çarxa tamaşa edilmişdir.
 
 
Aytən İmanova,
Hacıqabul rayon Heydər Əliyev Mərkəzinin direktoru