BolgeXeber.Com » Bölgə » Sayt rəhbəri Lənkərandan gələn təhdidlərə münasibət bildirdi

Sayt rəhbəri Lənkərandan gələn təhdidlərə münasibət bildirdi

5-09-2013, 13:10
Oxunub: 5 245 Azərbaycan Dövlətinin dirəyi Azərbaycan xalqıdır. Onu yıxmaq istəyən məmur xəyənatkar və satqındır. Əgər biz jurnalistlər o məmurları ifşa edir həqiqəti yazırıqsa dövlətimizi möhkəmləndirmiş oluruq. Mən hər bir yazını yazanda məsuliyyət hiss edirəm və arxayınam ki, dövlətimizin başında duranlar hər zaman arxamda dağ kimi durmuşlar.

Bolqexeber.com saytının rəhbəri Vasif Turana qarşı haqsızlığı pisləyir və hesab edirəm ki, qanun çərçivəsində tənqidi yazılar yazan jurnalistlərə qarşı təhdidlərin qarşısı alınmalıdır. Bu əsasən dövlət qulluqçusu olan məmurlara aiddir. Çünki dövlətimiz demokratik bir ölkədir və onun imicinə xələl gətrən məmurlar dövlət qulluqçusu ola bilməzlər. Bəzən mənə elə gəlir ki, bu insanlar dövlət qulluqçusu olduğunın mənasını anlamırlar.

Bir müddət öncə Lənkəran Şəhər İcra Başçısı Taleh Qaraşova Lənkəran şəhərində ölü heyvanların ətini bazarda əhaliyə satanlarla bağlı şəxsən məlumat vermişdim. O, bu xəbəri eşidəndə dəhşətə gəldiyini gördüm. Dərhal aidəyyəti orqanlara məsələni araşdırmağı və tədbir görülməsini göstəriş olaraq verdi. Hətta bundan sonra qəssabların icra nümayəndəliklərdən arayışı olmadan əti bazarda satışa çıxarmasına icazə verilməməsini tapşırdı.

O zaman Taleh Qaraşovun tapşırıqları ürəyimcə oldu və nəhayət ölü əti satanların qarşısı alınacağını düşünürdüm. Amma onun göstərişlərinə məmurlar əməl etmədilər və leş əti əvvəllər olduğu kimi bazarda əhaliyə satılır.

Şəfahət Həsənov, “Bizim Təbib” qəzetinin baş redaktoru və “cenubxeber.com” saytının rəhbəri