BolgeXeber.Com » Bölgə » Hacıqabul "Aprel döyüşləri-zəfərin başlanğıcı" adlı tədbir təşkil olunmuşdur
Hacıqabul "Aprel döyüşləri-zəfərin başlanğıcı" adlı tədbir təşkil olunmuşdur
6-04-2022, 10:42
Oxunub: 7 392
Hacıqabul rayon Heydər Əliyev Mərkəzində 2016-cı ilin Aprel döyüşlərinin 6-cı ildönümünə həsr olunmuş "Aprel döyüşləri-zəfərin başlanğıcı" adlı tədbir təşkil olunmuşdur
5 aprel 2022-ci il tarixində Hacıqabul rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə 2016-cı ilin Aprel döyüşlərinin 6-cı ildönümünə həsr olunmuş "Aprel döyüşləri-zəfərin başlanğıcı" adlı tədbir keçirilmişdir.
Şəhər 10 saylı tam orta məktəbin şagirdlərinin iştirakı ilə keçirilmiş tədbirə qonaq qismində həmin döyüşlərin hacıqabullu iştirakçıları Bəbir və Sakit Qubadovlar, İlkin Məmmədovun atası Vadər Məmmədov, eləcə də I Qarabağ Müharibəsi əlili, “Qarabağ Qaziləri” İctimai Birliyi Hacıqabul rayon şöbəsinin sədri İntiqam Abdulov, II Qarabağ Müharibəsinin iştirakçısı Rabil Həmidov, “Hacıqabulun Aprel döyüşçüləri” kitabının müəllifi Mübariz Xəlilov da dəvət olunmuşlar.
Mərkəzin direktoru Aytən İmanova tədbiri açmış, Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra, Aprel döyüşləri haqqında ümumi məlumat vermişdir. Sonra söz verdiyi Mübariz Xəlilov hacıqabullu Aprel döyüşçüləri, zamanında onlarla əlaqəli keçirilmiş silsilə tədbirlər barəsində ətraflı danışmış, ardınca tədbirdə iştirak edən müharibə iştirakçıları, eləcə də Mərkəzin baş fond mühafizi Məhəmməd İsayev çıxış etmişlər.
Daha sonra tədbir iştirakçıları Aprel döyüşlərindən bəhs edən "Vətən uğrunda" sənədli filminə tamaşa etmişlər.
Tədbirin sonunda Mərkəzdə açılmış Aprel döyüşlərinə həsr olunmuş sərgiyə tamaşa etdikdən sonra, iştirakçılar kollektiv xatirə şəkilləri çəkdirmişlər.
Məhəmməd İsayev,
Hacıqabul rayon Heydər Əliyev Mərkəzinin baş fond mühafizi









Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər