BolgeXeber.Com » Bölgə » Azərbaycan xalqının uğurlu seçimi

Azərbaycan xalqının uğurlu seçimi

6-04-2022, 19:30
Oxunub: 4 376 “Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” - Heydər Əliyev
11 aprel 2018-ci il. Azərbaycan xalqı  bu dəfə də doğru, müdrik seçim etdi. Bu seçim gənclərin yaxın dostu, himayədarı, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyev oldu.  Xalq inanırdı ki, onun  lideri illərlə  işğal altında qalan torpaqlarımızın yağı düşməndən azad olunmasını mütləq təmin edəcək. Məhz belə də oldu ! Möhtərəm Prezidentimiz  Qarabağı azad etməklə xalqımıza əbədi başucalığı bəxş etdi. 
2018-ci il aprelin 11-də şəffaf, azad, demokratik şəraitdə keçirilən seçkilərdə Cənab İlham Əliyev Azərbaycan seçicilərinin mütləq əksəriyyətinin – 86,02 faizinin səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. Azərbaycan xalqı seçkilərdə görülən işlərə yüksək qiymət vermişdir, görülən işlərə, inkişafa, tərəqqiyə, təhlükəsizliyə, gələcəyə səs vermişdir. 
Ulu Öndər Heydər Əliyev kursunun layiqli davamçısı Cənab Prezident İlham Əliyevin uzaqgörən siyasətinin məqsədi Azərbaycanın hərtərəfli inkişafı, xalqımızın firavan həyatı, ərazi bütövlüyünün bərpası idi. Bütün istiqamətlərdə atılan addımların  bir hədəfi var idi – işğal altında olan torpaqlarımızın düşməndən azad edilməsi və dogma Qarabağımızda bayrağımızın dalğalanması. 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, xalqın birliyi və Ordumuzun gücü nəticəsində Zəfərlə sonlandı. Müzəffər Ali Baş Komandan başda olmaqla, rəşadətli Azərbaycan Ordusu dünya hərb tarixinə öz adını qızıl hərflərlə yazdı.  Prezident İlham Əliyevin Ali Baş Komandan kimi qətiyyəti, siyasətçi kimi iradəsi, diplomat kimi müdrikliyi və humanist davranışı ilə torpaqlarımızın işğaldan azad edilməsinə nail olmaqla xalqı qalib olmaq arzusuna çatdırdı.
Torpaqlarımızın mənfur düşməndən azad olunmasında  idmançı əsgər və zabitlərimizin böyük rolu olmuşdur. Bilirik ki, hər bir cəmiyyətin dayağını sağlam bədən və sağlam ruhlu insanlar təşkil edir. 2003-2018-ci illərdə bir çox sahədə olduğu kimi, idman sahəsində də sürətli inkişaf getdi. İdmançılar 15 il ərzində Olimpiya Oyunlarında, dünya və Avropa çempionatlarında böyük qələbələr qazanmışlar. Azərbaycan həmin illərdə 7 Olimpiya Oyunlarında iştirak etmişdir. Avropa Oyunlarında Azərbaycan ikinci yerə, İslam Həmrəyliyi Oyunlarında isə bütün müsəlman ölkələri arasında birinci yerə nail oldu. Rio de Janeyro Olimpiya Oyunlarında isə Azərbaycan medalların sayına görə 14-cü yerdə oldu.  
Beynəlxalq yarışlarda qələbə qazanan gənc idmançılarımızın dövlət tərəfindən  layiqincə qiymətləndirilməsi,onların yeni uğurlar qazanmasında mühüm rol oynayır. Məhz buna görə də,  beynəlxalq yarışlarda qazanılan idman nailiyyətlərimizin sayı ildən-ilə artır.
Ümumilikdə, dövlət başçımızın 19 illik fəaliyyəti dövrünə nəzər saldıqda görürük ki, Prezident İlham Əliyev  müstəqil respublikamızı bütün sahələr üzrə inamla irəli aparır. Bu sırada idman xüsusi yer tutur. Ümummilli liderimiz Heydər Əliyevin qeyd etdiyi kimi, heç bir fəaliyyət Azərbaycanı dünyada idman qədər tanıda bilməz. Məhz bu ideyanı əldə rəhbər tutan Prezident İlham Əliyev  Azərbaycanı dünyada idman dövləti kimi tanıtmışdır.
Azərbaycan Prezidentinin ətrafında sıx  birləşən gənclər və idmançılar onun ən böyük dəstəkçisi və uğurlu siyasətinin davamçılarıdır. Bugün biz özümüzü çox xoşbəxt gənclik hesab edir, dövlətimizin gənclərlə bağlı həyata keçirdiyi siyasəti yüksək qiymətləndiririk.  Daim bizə göstərilən etimadı öz əməli fəaliyyətimizlə layiqincə doğrultmağa çalışacağıq! 
Biz gənclər, Sizinlə fəxr edirik, Cənab Prezident!  
Biz birlikdə güclüyük! 
Yaşasın Azərbaycan!
Bərdə rayon Gənclər və İdman İdarəsinin məsləhətçisi – Fidan Nəsirli