Tərtərin icra başçısı şokda
5-09-2013, 22:15
Oxunub: 7 495
Rayonun bütün kəndləri ayağa qalxmağa başlayıb, İcra Hakimiyyətinin binası qarşısında aksiya gözlənilir
Tərtər rayonunda vəziyyət pisləşib. xalq.az-a verilən məlumata görə, rayonun bütün kəndləri üzləşdikləri problemlərdən bezərək, ayağa qalxmağa başlayıblar. Artıq bir neçə kəndin sakinləri rayon mərkəzinə doğru hərəkət edərək, İcra Hakimiyyətinin binası qarşısında aksiya keçirməyi planlaşdırır.
İcra başçısı Ceyhun Cəfərov isə yaranmış vəziyyətdən şoka düşüb. Məmur özbaınalığına haqq qazandıran, rayonda əhalinin üzləşdiyi problemləri qulaqardına vuran Cəfərov vəziyyətin belə bir şəkil alacağına inanmırmış. Elə buna görə də, prosesin qarşısını almaq üçün nə edəcəyini bilmir. Xüsusən də seçki ərəfəsində Tərtərdə kəndlərin ayağa qalxmasının ona nələr hesabına başa gələcəyini yaxşı bildiyindən ağsaqqalları vasitəçi kimi dövriyyəyə salmağa çalışır. Lakin rayondakı nüfuzlu şəxslər də icra başçısından üz döndərməyə başlayıblar. Çünki onlar əhalinin hansı durumda yaşadığını və problemlərinin icra başçısı tərəfindən aradan qaldırılmadığını yaxşı bilirlər.
Xatırladaq ki,ölkə başçısı regionların sosial-iqtisadi problemini həll etmək məqsədi ilə bir sıra sərəncamlar imzalayıb. Eyni zamanda rayonların inkişaf etdirilməsi üçün istər dövlət büdcəsindən,istərsə də Prezidentin şəxsi fondundan dəfələrlə vəsait ayrılıb.Baş vərənlərdən belə anlaşılır ki,Ceyhun Cəfərov həmin vəsaitləri təyinatı üzrə xərcləməyib,həmdə Prezidentin Sərəncamlarına əhəmiyyət verməyib. Əks təqdirdə Tərtərdə faktiki vəziyyət yaranmazdı.
Qarşı tərəfindən mövqeyini dərc etməyə hazırıq
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər