BolgeXeber.Com » Bölgə » Sabirabad icra başçısının növbəti səyyar görüş-qəbulu Türkədi kəndində keçirilmişdir

Sabirabad icra başçısının növbəti səyyar görüş-qəbulu Türkədi kəndində keçirilmişdir

13-04-2022, 19:34
Oxunub: 7 848 Sabirabad rayon icra hakimiyyətinin başçısı Siraqəddin Cabbarovun Türkədi kəndində Yolçubəyli kənd inzibati ərazi dairəsinə daxil olan Yolçubəyli, Narlıq və Türkədi kənd sakinləri ilə səyyar görüş-qəbulu keçirilib. Görüşdə rayon İcra Hakimiyyətinin başçısı aparatının məsul işçiləri, hüquq-mühafizə orqanlarının və xidmət təşkilatlarının rəhbərləri iştirak etmişlər.
Sabirabad rayon icra hakimiyyətinin başçısı Siqaqəddin Cabbarov çıxış edərək kənd sakinlərini salamlamış, ölkəmizdə sosial-iqtisadi sahədə qazanılan uğurlardan, eləcə də Sabirabad rayonunda aparılan tikinti-quruculuq, abadlıq işlərindən, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən ətraflı məlumat vermişdir.
Səyyar görüş-qəbulda çıxış edən kənd sakinlərindən Fərman Salmanov, Əlövsət Mövləmov, Haqverdi Əliyev və başqaları kəndin mövcud problemlərdən danışmışlar. 
Görüş-qəbulda vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qismi yerindəcə öz həllini tapıb, digər məsələlərin həlli ilə bağlı rayon icra hakimiyyətinin başçısı aidiyyatı təşkilatların rəhbərlərinə müvafiq tapşırıq və göstərişlər vermişdir.