Sabirabadda "Xəmsə" Milli İntelektual Oyunları üzrə turnir keçirilib
14-04-2022, 18:48
Oxunub: 3 432
Sabirabad rayon Heydər Əliyev Mərkəzində Sabirabad Rayon İcra Hakimiyyətinin və Sabirabad rayon Gənclər və idman idarəsinin təşkilatçılığı ilə Vətən Müharibəsi şəhidi Rzayev Elxan Aris oğlunun xatirəsinə həsr olunmuş "Xəmsə" Milli İntelektual Oyunları üzrə turnir keçirilmişdir.
Əvvəlcə vətənimizin bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Turnirin açılış mərasimini açıq elan edən Sabirabad rayon Gənclər və idman idarəsinin rəisi Nadir Quliyev şəhidlərimizin xatirəsini yaşadmaq və onları gələcək nəsillərə təbliğ etmək hər birimizin işi olduğunu qeyd etmişdir.
Sonra Sabirabad rayon icra hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov Vətən Müharibəsində qazandığımız qələbədən, əsgərlərimizin şücaətindən danışıb. O bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasəti, qətiyyəti və düzgün qərarları sayəsinə 30 illik vətən həsrətinə son qoyuldu. Şəhidlərimizin, qazilərimizin və bütünlükdə ordumuzun döyüş əzmi, qəhrəmanlığı qarşısında düşmən duruş gətirə bilmədiyini, ağ bayraq qaldıraraq kapiltulyasiya aktına imza atdığını deyən H.Həsənov qeyd edib ki, bununla da Azərbaycan xalqı bütün dünyada müzəffər xalq kimi tanındı. Vətənimizin bütövlüyü uğrunda canını fəda edən şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi istiqamətində Sabirabad rayonunda görülən işlərdən ətraflı danışan H.Həsənov deyib ki, bu tədbirin də əsas məqsədi şəhidlərimizin əziz xatirəsini uca tutmaqdır.
Daha sonra şəhid Elxan Rzayevin atası Aris Rzayev çıxış edərək şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi üçün həyata keçirilən tədbirin təşkilatçılarına minnətdarlıqlarını bildirərək turnir iştirakçılarına uğurlar arzulamışdır.
"Xəmsə" Milli İntelektual Oyunları üzrə turnirinin qalibləri medal və diplomlarla təltif edilmişlər.
Turnirin sonunda şəhid atası Aris Rzayevə turnirin xatirə lövhəsi təqdim olunmuşdur.






Çox Oxunanlar
- 6-03-2023, 15:17 : DYP bu şəxslərə MÜRACİƏT ETDİ
Gündəm / Xəbərlər
- 4-03-2023, 15:43 : Marketdə baş verən hadisənin pərdəarxası tərəfi
Gündəm / Xəbərlər
- 6-03-2023, 13:01 : Bu gün Xalqxeber.Az xəbər saytının 11 yaşı tamam olur
Gündəm / Xəbərlər
- 4-03-2023, 09:05 : "Formula 1" mövsümünə START VERİLDİ
İdman / Xəbərlər
- 3-03-2023, 16:20 : Yeni dünya düzəni yenidən formalaşmaqdadır
Analitika / Xəbərlər
- 6-03-2023, 20:36 : Şəmsəddin Əliyev Xətaidəki silahlı insidentlə bağlı Facebook-da paylaşım etdi
Analitika / Xəbərlər
- 3-03-2023, 09:51 : Messi TƏHDİD EDİLDİ- SƏNİ GÖZLƏYİRİK!
İdman / Xəbərlər
- 4-03-2023, 16:22 : Kamaləddin Qafarov: "Heydər Əliyev milli dövlətçilik təfəkkürünü formalaşdırdı"
Analitika / Xəbərlər
- 5-03-2023, 12:17 : “YAP-ın VII qurultayı partiya tarixində yeni mərhələdir” - Kamaləddin Qafarov
Analitika / Xəbərlər
- 6-03-2023, 17:57 : İdman zalında qətl törədən şəxsə cəza verildi
İdman / Xəbərlər