BolgeXeber.Com » Bölgə » Xaçın çayının daşması nəticəsində Hüsənli kəndində 100 hektar əkin sahəsinə ziyan dəyib

Xaçın çayının daşması nəticəsində Hüsənli kəndində 100 hektar əkin sahəsinə ziyan dəyib

19-05-2022, 17:02
Oxunub: 4 120 26 may 2022-ci il tarixdə bir neçə gün davam edən aramsız yağan yağışlar nəticəsində səhər saatlarında Xaçın çayından gələn güclü sel suları rayonun Hüsənli kəndində 35 hektar pambıq,  25 hektar yonca, 40 hektar arpa və buğda,  ümumilikdə 100 hektar əkin sahəsini basmış, təsərrüfatlara güclü ziyan dəymişdir. 
Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov rayon Fövqəladə hallar komissiyasının üzvləri ilə birlikdə həmin ərazidə olmuş, xüsusi texnikalar vasitəsilə müxtəlif istiqamətlərdə kanallar açılaraq sel sularının yenidən Xaçın çayına axıdılması təmin edilmişdir. Hazırda sel suları əkin sahələrindən kənarlaşdırılır.