BolgeXeber.Com » Bölgə » Mollalı kəndində rayon İcra Hakimiyyəti başçısının səyyar qəbul-görüşü keçirilib- FOTO

Mollalı kəndində rayon İcra Hakimiyyəti başçısının səyyar qəbul-görüşü keçirilib- FOTO

6-06-2022, 10:03
Oxunub: 4 160 Qəbulda rayon İcra Hakimiyyətinin,  hüquq-mühafizə orqanlarının, təhsil, səhiyyə, mədəniyyət, xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak etmişlər.
Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev çıxış  edərək Azərbaycan Respublikasının Prezidentinin göstərişi əsasında keçirilən səyyar qəbul-görüşlərin vətəndaşları narahat edən məsələləri bilavasitə yerdə öyrənmək və onların həllini təmin etmək, vətəndaş məmuniyyətina nail olmaq  olduğunu bildirdi, ölkəmizdə, rayonumuzda və Mollalı kənd inzibati ərazi dairəsində həyata keçirilən tədbirlər, görülən işlər barədə qısa məlumat verdi. 
 
Son illər Mollalı kənd inzibati ərazi dairəsinin əhatə etdiyi mollalı, Məşədiibişli və Yerli Ağalı kəndləri qazlaşdırılıb, 5 km uzunluqda Mollalı-Mustafaağalı kəndlərarası yol yenidən qurulmuş və asfalt-betonla tikilmiş, 4,5 km uzunluqda  Mollalı-Yerli Ağalı-Məşədiibişli kəndlərarası yol, Mollalı kəndinin 8 km, Məşədiibişli kəndinin 10 km və Yerli Ağalı kəndinin 9 km daxili yolları qum-çınqılla əsaslı təmir edilib, Mollalı kəndi ərazisində 13 km açıq dren kanal, 28 km suvarma arxları lildən təmizlənib, 1,5 km yeni suvarma arxı çəkilib,  2 ədəd su keçidi yenidən qurulub, Mollalı kənd EATS-ə optik xətt çəkilərək inzibati ərazi dairəsinə daxil olan 3 kəndə sürətli internetə verilib, Məşədiibişli kəndində əhalinin ekoloji cəhətdən təmiz su ilə təmin etmək üçün sutəmizləyici qurğu, su şəbəkəsi tikilib, küçələrdə 9 bulaq inşa edilib, Kür çayından su çəkilib, Məşədiibişli kənd ibtidai məktəbi üçün modul tipli bina tikilib, Mollalı kənd tam orta məktəbi cari təmir edilib, məktəbin dam örtüyü yenidən tikilib, Mollalı kəndində Milli Qəhrəman Səfiyar Behbudovun qəbrinin üstü götürülüb, Mollalı kəndinin bir hissəsində aşağı gərginlikli elektrik xətləri kabelləşdirilib.  
 

 
Kənddə pambıqçılığın və baramaçılığın inkişafı üçün tədbirlər həyata keçirilmiş, inzibati ərazi dairəsinin ərazisində 2021-ci ildə 580 hektar sahədə pambıq əkilmiş, hər hektardan orta hesabla 27 sentner olmaqla 1566 ton pambıq istehsal edilmiş, 36 qutu ipək qurdu bəslənərək hər qutudan 39 kq olmaqla 1400 kq barama istehsal edilmişdir.
 
 2022-ci ildə inzibati ərazi dairəsində 582 hektar sahədə pambıq əkilmiş, artıq səpin və 1-ci becərmə başa çatdırılmışdır.
 
Hazırda 9 kümçü tərəfindən 35 qutu barama bəslənir, yaxın günlərdə baramanın təhvilinə başlanacaqdır. Son illər 8000 ədəd, o cümlədən xaricdən gətirilmiş 4000 ədəd, o cümlədən  2021-ci ildə 1000 ədəd çəkil tingi əkilmişdir.
 

 
Sonra vətəndaşların müraciətləri dinlənilmişdir. Mollalı kənd sakinləri Ümman Baxşəliyev icarəsinə 1 hektar əkinə yararlı torpaq sahəsinin verilməsi, Cahid Ağayev icarəsində olan  240 hektar dövlət fond torpağının icarə müddətinin uzadılması, Səyyaf Quliyev Mollalı kəndinin elektrik şəbəkəsinin kabelləşdirilməsinin  başa çatdırılması, Vaqif Qaraşov Gülgəzli və Mollalı kəndlərini birləşdirən 4 km uzunluqda təsərrüfat avtomobil yolunun hamarlanması, Yusif Nəcəfov Mollalı kəndində internetin sürətinin artırılması, Rəşad İmanov Mollalı kəndində 20 təsərrüfata aid olan 42 hektar pay torpağının suvarma suyu ilə təminatının yaxşılaşdırılması üçün ərazidə 1 ədəd subartezian quyusunun qazılması, Əliqulu İsmayılov Mollalı kəndində özünə məxsus 1.2 hektar pay torpağının  həmkəndlisi tərəfindən zəbt edilməsi, Sovet Həsənov Mollalı kəndinin 0.4 KV-luq elektrik verilişi şəbəkəsində qəzalı vəziyyətdə olan 9 ədəd elektrik dirəyinin və 800 metr kabelin dəyişdirilməsi, Lətif İslamov Mollalı kəndinin 5 km uzunluqda baş yolunun kənarlarında piyada yolunun tikilməsi və yola gecə işıqlandırılmasının verilməsi, Hilal Məmmədov Mollalı  kəndində icarəsinə 1 hektar əkinə yararlı torpaq sahəsinin  verilməsi, Fizuli Quliyev Mollalı kənd məscidinin Dövlət qeydiyyatına alınması, Abış Hacıyev Mollalı kəndinin 5 km uzunluqda baş yolunun asfalt örtüyündə yaranan çalaların təmir edilməsi barədə müraciət etmişlər.
 

 
Qaldırılan məsələlər barədə aidiyyatı qurumlara müvafiq tapşırıqlar verilmiş vətəndaşlara hüquqi yardım göstərilmiş, müvafiq izahatlar verilmişdir. 
 
Kənd sakinləri kənddə aparılan tikinti-abadlıq işlərinə, pambıqçığıın, baramaçılığın inkişafına, əhalinin sosial müdafiəsi üçün gördüyü tədbirlərə görə  Azərbaycan Respublikasının Prezidentinə minnətdarlıqlarını bildirmişlər.