BolgeXeber.Com » Bölgə » Sabirabad Mərkəzi Rayon xəstəxanasında ölüm kabusu

Sabirabad Mərkəzi Rayon xəstəxanasında ölüm kabusu

6-06-2011, 10:00
Oxunub: 7 705 Yaxın zamanlarda xəstaxananın qarşısında baş həkimin istefasını tələb edəcəklər.


Sabirabad MRX-nın doğum evi və perenatal mərkəzində hamilə qadınlar üzərində aparılan cərrahi əmaliyyatlar qeyri-peşəkar qinekoloq-həkimlər tərəfindən aparılır.Bir aydanda az fəaliyyət göstərən perenatal mərkəz artıq öz neqativ fəsadlarını verməkdədir.Mərkəzdə dərmanları xəstələr özləri öz vıəsaiti hesabına şəxsi-xüsusi apteklərdən alırlar.MRX-nın stasionar şöbələrində də vəziyyət acınacaqlıdır.Profilaktik-müalicə sisteminin keyfiyyəti sıfır dərəcədədir. Rayonun kənd ambulator məntəqələrinə dərman və tibbi ləvazimatlar verilmir. MRX-nın baş həkimi Əlifağa Mirzağa oğlu Nadirov bütün baş verənlərə biganə yanaşır. Baş həkimin müavini Qalib Rəhbəri ixtisasca travmotoloq olduğu halda gecə saatlarda xəstələrin çağırışına gəlmir. Xatırlatmaq istəyirəm ki,ştat cədvəlində Qalib yeganə həkim travmotoloqdur. Ə.Nadirov Sabirabad M.R.X –na baş həkim təyin olunandan xəstaxana estetik nöqteyi nəzərdən yaxşılaşsada həkim və tibb bacılarının ümumiyyətlə tibb personajının psixolojı durumu çox aşağı səviyyədədir.Təcrübəli həkimlərin dediyinə istinadən Sabirabad səhiyyəsi Ə.Nadirovun hesabına tənəzzül uçurum dövrünü yaşayır. Reqional Vərəm dispanserində nəinki dərman heç insani münasibət belə yoxdur.Qeydiyyatda olan Əmirov Murad Ağadadaş oğlu(40 yaş) və sonuncunun oğlu Əmirov İlkin (17 yaş) Murad oğlu dərman çatışmamazlığından dünyalarını dəyişmişlər.Ətraf rayonlardan dispanserdə yatıb müalicə ala bilmirlər, çünki dispanser uçulub sökülmək üzrədir.Sağlam insan da bura gəlsə vərəm xəstəliyinə düçar olar.

Tibb personajının 98-99% Əlifağa Nadirovdan narazıdırlar,1.2 nəfər yaltaqlardan savayı kollektiv haqq səsini çıxarmağa qorxur ki, Səhiyyə naziri düşər həmin kadrın izinə axırına çıxar. Çox güman ki,baş həkim yaxın vaxt ərzində işdən uzaqlaşdırılmasa tibb kollektivi 5 dəqiqəlik əvəzinə xəstaxananın qarşısında baş həkimin istefa şuarı ilə istefasını tələb edəcəklər