BolgeXeber.Com » Bölgə » Hacıqabulda “Tovuz döyüşləri-böyük zəfərin qığılcımı” adlı tədbir keçirilmişdir
Hacıqabulda “Tovuz döyüşləri-böyük zəfərin qığılcımı” adlı tədbir keçirilmişdir
8-07-2022, 10:35
Oxunub: 3 720
14.07.2022-ci il tarixində Hacıqabul rayon Heydər Əliyev Mərkəzində “Tovuz döyüşləri-böyük zəfərin qığılcımı” adlı tədbir keçirilmişdir. Tədbirdə Hacıqabul rayon Heydər Əliyev Mərkəzinin direktoru və əməkdaşları, “Mədəni-irs” qəzetinin baş redaktoru, GİKM-nin direktoru və könüllüləri, MKS-nin 2 saylı kitabxana filialının əməkdaşları iştirak etmişlər. Tədbiri giriş sözü ilə Mərkəzin direktoru Aytən İmanova açmış, Tovuz döyüşlərinin və eləcədə Azərbaycanın bütövlüyü uğrunda canından keçmiş bütün Şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilmişdir. Sonra Aytən İmanova 2020-ci ilin iyul ayının 12-də düşmənin növbəti təxribatı nəticəsində başlamış, Azərbaycan Ordusunun qələbəsi ilə başa çatmış Tovuz döyüşlərindən, onun əhəmiyyətindən, Tovuz Şəhidlərindən danışmışdır. Sonra çıxış edən “Mədəni-irs” qəzetinin baş redaktoru Məhəmməd İsayev Tovuz döyüşləri zamanı şəhid olmuş general-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyev haqqında tədbir iştirakçılarına geniş məlumat vermiş, Tovuzda başlanan müharibənin Şuşada şanlı Qələbə ilə bitməsini qeyd etmişdir.
Tədbirin sonunda Tovuz döyüşlərinə həsr olunmuş sənədli filmə tamaşa edilmişdir.
Aytən İmanova,
Hacıqabul rayon Heydər Əliyev Mərkəzinin direktoru
Çox Oxunanlar
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 17-04-2024, 10:13 : Hadı Rəcəblinin dəfn yeri açıqlandı
Gündəm
- 6-04-2024, 16:28 : Rəsmi Bakıdan İrəvana cavab
Siyasət / Xəbərlər