BolgeXeber.Com » Bölgə » Tərtərdə Vətən müharibəsi iştirakçısı Elnur Salahovun toy mərasimi keçirilib
Tərtərdə Vətən müharibəsi iştirakçısı Elnur Salahovun toy mərasimi keçirilib
18-07-2022, 11:33
Oxunub: 1 000
Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Milli Məclisin deputatı Sahib Alıyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsinin rəisi Elşən Abdullayev, hüquq-mühafizə orqanlarının əməkdaşları, İdarə, müəssisə, təşkilat rəhbərləri, qazilər və müharibə veteranları ilə birlikdə rayonunun Poladlı kənd sakini, "Azərbaycan Bayrağı" ordenli Salahov Elnur Elburus oğlunun toy mərasimində iştirak ediblər.
Bolgexeber.com xəbər verir ki, yeni ailə quran qazini təbrik edən rayon rəhbəri Müstəqim Məmmədov möhtərəm Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Elnur kimi igid oğulların döyüşlərdə göstərdikləri şücaət nəticəsində 44 günlük Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunduğunu bildirib. Qeyd edib ki, Elnur Respublika Prezidentinin Sərəncamı ilə "Azərbaycan Bayrağı" ordenindən başqa “Xocavəndin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə də təltif edilib.
İcra başçısı ölkə rəhbəri cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid və qazi ailələrinə göstərdiyi diqqət və qayğını dilə gətirib və hər kəsi bu örnəkdən nümunə götürməyə çağırıb, Ulu Tanrıdan ərazi bütövlüyümüz uğrunda həlak olmuş şəhidlərə rəhmət, qazilərə can sağlığı arzulayıb, şəhid analarının qarşısında baş əydiyini, onların “baş tacımız” olduğunu bildirib.
Milli Məclisin deputatı Sahib Alıyev də gəncləri təbrik edərək onlara xoşbəxtlik arzulayıb. Vətən müharibəsində tərtərlilərin düşmənə bir sipər olduğunu, daim yaşayış məntəqələrinin atəşə tutulmasına baxmayaraq öz ev-eşiklərini tərk etmədiklərini bildirib.
Rayon rəhbəri və Milli Məclisin deputatı alqışlar altında qazilərlə birlikdə rəqs ediblər. Hər kəs toy məclisindən xoş təəssüratla ayrılıb




Çox Oxunanlar
- 25-07-2022, 13:53 : Yeni təyin edilən başçılar kimlərdir? - DOSYE
Gündəm
- 15-07-2022, 17:47 : Koronavirusa yeni yoluxanların sayı açıqlandı
Xəbərlər
- 13-07-2022, 18:39 : Azərbaycanda son sutkada daha 91 nəfər koronavirusa yoluxub
Gündəm
- 26-07-2022, 11:15 : Xocəsən qəsəbəsində biabırçı mənzərə –VİDEO
Gündəm
- 6-08-2022, 14:54 : “Vəhşi kişilərdən xoşum gəlir” – Aparıcı Ülvira
Müsahibə-Reportaj
- 18-07-2022, 15:09 : Prezidentin Gömrükdə yüksək vəzifə verdiyi Şahin Bağırov KİMDİR? - DOSYE
Gündəm
- 30-07-2022, 17:06 : Azərbaycanda insanlar arasında kütləvi virus yayılıb
Müsahibə-Reportaj
- 16-07-2022, 12:53 : Tərtərdə qazilərin müraciətləri dinlənilib
Bölgə
- 11-08-2022, 14:30 : Azərbaycanda internet bahalaşdı - QİYMƏTLƏR - VİDEO
Xəbərlər
- 14-07-2022, 18:00 : İcra başçısının Qaraağacı kəndində səyyar qəbul görüşü keçirilib
Bölgə