BolgeXeber.Com » Bölgə » Rayon rəhbəri Əskipara kəndində şəhid Əzizov Ayşadın ailəsində olub

Rayon rəhbəri Əskipara kəndində şəhid Əzizov Ayşadın ailəsində olub

12-08-2022, 15:02
Oxunub: 4 008 Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov hüquq-mühafizə orqanlarının rəhbərləri  ilə birlikdə Əskipara kəndində şəhid Əzizov Ayşadın ailəsində olub,  onların problemləri və qayğıları ilə maraqlanıblar.
Görüşdə rayon rəhbəri 44 günlük Vətən müharibəsində Tərtərli oğulların döyüşlərdə göstərdiyi sücaətlərdən söhbət açıb, hər birinin qısa, lakin mənalı ömür yolunun gənclərə örnək olduğunu bildirib. Qarabağı görməyən gənclərin qəhramanlığı, peşakar döyüşçü olmaları sayəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında torpaqlarımızın işğaldan azad olunduğunu, belə igid oğullar böyütdükləri üçün şəhid valideyinləri qarşısında baş əydiyini bildirib. Qazanılan tarixi zəfərdən sonra işğaldan azad olunmuş torpaqlarda aparılan nəhəng quruculuq işlərindən söhbət açıb. Rayon rəhbəri dövlətimizin başçısı cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın hər zaman şəhid ailələrinə diqqət və qayğı ilə yanaşdığını, dövlət başçısının hər kəsə şəhid və qazi ailələrinin problemlərinə həssaslıqla yanaşmağı tapşırdığını bildirib.   
Qeyd edək ki, N saylı hərbi hissənin müddətdən artıq xidmət keçən hərbi qulluqçusu, 1990-cı il təvəllüdlü Əzizov Ayşad Qaryağdı oğlu 29 sentyabr 2020-ci il tarixdə Talış istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
Şəhid  Ayşad Əzizov 44 günlük Vətən müharibəsində Talış və Suqovuşan istiqamətində gedən döyüşlərdə göstərdiyi igidliyə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamına əsasən ölümündən sonra  “Vətən uğrunda” və  “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub. 
Sonra rayon rəhbəri Əskipara kəndində şəhidin ailəsi üçün yeni tikilən fərdi yaşayış evində aparılan son tamamlama işləri ilə tanış olub, müvafiq tövsiyyələrini verib.
Şəhidin valideyinləri şəhid ailələrinə və qazilərə göstərilən diqqət va qayğıya görə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.