BolgeXeber.Com » Bölgə » Rayon rəhbəri və Milli Məclisin deputatı Vətən müharibəsi şəhidi Anar Hüseynovun ailəsini ziyarət ediblər

Rayon rəhbəri və Milli Məclisin deputatı Vətən müharibəsi şəhidi Anar Hüseynovun ailəsini ziyarət ediblər

29-08-2022, 16:00
Oxunub: 3 128 Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Milli Məclisin deputatı Sahib Alıyevlə birlikdə Vətən müharibəsi şəhidi Hüseynov Anar Rəhim oğlunun Bakı şəhəri, Ramana qəsəbəsində yaşayan ailəsini ziyarət ediblər.
Əvvəlcə Vətən müharibəsi şəhidinin ailə üzvləri ilə birlikdə şəhidin xatirəsinə ucaldılmış xatirə bulağını ziyarət edib, önünə gül dəstələri düzüb, Şəhidlərin ruhuna dualar oxunublar.
Sonra şəhidin ailəsinin yaşadığı mənzilə gələrək onlarla səmimi söhbət edib, qayğıları ilə maraqlanıblar. 
Görüşdə rayon rəhbəri rəşadətli Ordumuzun, igid hərbçilərimizin 44 günlük Vətən müharibəsində göstərdikləri qəhrəmanlıqlardan danışıb, vətən torpağı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsinin hər zaman xalqımızın qəlbində əbədi olaraq qalacağını deyib. Qarabağı görməyən gənclərin qəhramanlığı, peşakar döyüşçü olmaları sayəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında torpaqlarımızın işğaldan azad olunduğunu, belə igid oğullar böyütdükləri üçün şəhid valideyinləri qarşısında baş əydiyini bildirib. Qazanılan tarixi zəfərdən sonra işğaldan azad olunmuş torpaqlarda aparılan nəhəng quruculuq işlərindən söhbət açıb. Rayon rəhbəri dövlətimizin başçısı cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın hər zaman şəhid ailələrinə diqqət və qayğı ilə yanaşdığını, dövlət başçısının hər kəsə şəhid və qazi ailələrinin problemlərinə həssaslıqla yanaşmağı tapşırdığını bildirib.   
Qeyd edək ki, Anar Huseynov 1997-ci ilin yanvar ayının 9-da Tərtər şəhərində doğulub.
Qəhrəman döyüşçü 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Ağdərə istiqamətində gedən döyüşlərdə savaşıb. Sentyabrın 30-da Ağdərə döyüşləri zamanı şəhid olub. Bərdə şəhərində Şəhidlər Xiyabanında dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif olunub.
Şəhidin ailəsi onlara göstərilən yüksək diqqət və qayğıya görə cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz təşəkkürlərini bildiriblər.