Bərdədə təcavüzə məruz qalan 14 yaşlı qızın ailəsi danışdı
2-09-2022, 10:26
Oxunub: 5 144
Bu günlərdə Kətəlparaq kəndində yaşanan dəhşətli hadisə sözün həqiqi mənasında şok effekti yaradıb. Günlərdir sosial şəbəkələrdə və media orqanlarında 15 yaşlı qızın təcavüzə uğraması ilə bağlı müxtəlif xəbərlər dolaşır.
Bizim ilk üz tutduğumuz ünvan bu ailənin evi oldu. Bu acını yaşayan ailənin fikirlərini öyrəndik. Azyaşlı olduğu üçün məktəbli bir qızın adını yazmır və görüntüsünü göstərmirik. Suallarımızı azyaşlı qızın babası Seyfi İbrahimov cavablandırdı.
Bolgexeber.com musavat.com-a istinadən bildirir ki, Seyfi kişi deyir ki, nəvəsi oğlundan qalan əmanətidir. Eldar adlı oğlu dünyasını dəyişəndən sonra onun üç qız övladını məhz Seyfi İbrahimov böyüdüb. Gəlinləri öz atası evində yaşasa da, nəvələri daima baba evinə gəlib, aylarla hətta illərlə qalıb.
Öyrəndik ki, bu çirkin əməldə günahlandırılan şəxslər Seyfi kişinin gəlininin qohumlarıdır. Tükürpədici hadisə də azyaşlı qız hazırlıqdan gələn zaman baş verib. Sözügedən çirkin əməl bilinəndən sonra qarşı tərəf, yəni cinayətdə təqsirli bilinən şəxslərin yaxınları bu ailəyə qarşı şiddət belə göstərməyə çalışıb. Seyfi İbrahimov özünün və həyat yoldaşının aldığı xəsarətləri göstərir. Ən böyük istəkləri iyrənc əməli törədənlərin qanun çərçivəsində cəzalandırılmasıdır.
Baş verənlər kənd sakinlərinin də qəzəbinə səbəb olub. Kətəlparaqda indi hər kəs bu olaya etinasız yanaşa bilmir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər