BolgeXeber.Com » Bölgə » Salyanda II Qarabağ müharibəsi veteranı və ailəsindən yayılan məlumatlarla bağlı ARAŞDIRMA

Salyanda II Qarabağ müharibəsi veteranı və ailəsindən yayılan məlumatlarla bağlı ARAŞDIRMA

13-10-2022, 13:45
Oxunub: 5 472 Salyan rayonda II Qarabağ müharibəsi veteranı və ailəsi ilə  bağlı narahatlığa səbəb olan həqiqətə uyğun olmayan məlumat yayılıb. Əvvəla bildirək ki, “Kanal 24” YouTube internet portalında “Salyanın icra başçısından qazi anasına şok sözlər: “Oğlun Şəhid olmayıb ki, torpaq niyə verək?” başlıqlı videosüjetə hər kəs kimi bizlərdə də narahatlıq yarandı. Bununla bağlı əməkdaşlarımız Salyan rayonuna təhkim olundu. Yayılan məlumatla bağlı ciddi araşdırma aparan media işçiləri yayılan informasiyanın həqiqətə uyğun olmadığını ortaya çıxartdı. Beləki, son günlər sosial şəbəkələrdə yayılan bu qondarma məlumatlarla bağlı aparılan görüşlər və danışıqlardan məlum oldu ki, adından şikayətdolu bəhs edilən qazi və ailəsinə eləcə də digərlərinə rayon icra hakimiyyəti vəzifəliləri tərəfindən böyük diqqət ayrılıb. 
 
Yayılan qondarma videosujetə cavab olaraq bildiririk ki, RİH-nin tapşırığına əsasən vətəndaş Sevda Əliyevaya Aşağı Noxudlu bələdiyyəsindən 0,02 ha həyətyanı torpaq sahəsi ayrılmışdır. Vətəndaş S.Əliyeva Aşağı Kürkəndi kəndində qeydiyyatda olduğu üçün, ona ayrılmış torpaq sahəsi qanunvericiliyə əsasən hərrac və müsabiqə qaydasında veriləcəkdir. Vətəndaşın müraciəti nəzarətə götürülmüş və torpağın sənədləşmə işlərinə başlanılmışdır.
 
Məlumat üçün bildiririk ki, müraciəti əsasında RİH başçısı aidiyyəti şəxslərlə birlikdə vətəndaşın evində olmuş, evinə gedən yararsız elektrik xəttlərinin yenilənməsinə və yığılmış borcunun ödənilməsinə müvafiq göstəriş vermişdir. Bundan əlavə vətəndaş S.Əliyevanın 6 ay kirayə pulu öncədən ödənilməsinə köməklik göstərilmiş, davamlı olaraq ərzaq yardımları olunmuşdur. Əlavə olaraq bidiririk ki, vətəndaş S.Əliyeva həyat yoldaşından ayrılmışdır.  Müraciətdə qeyd etildiyi kimi,  II Qarabağ müharibəsi veteranı Əliyev Ülvi atası Əliyev Azər ilə birgə, Aşağı Kürkəndi kəndində yaşayır və ona müraciəti əsasında digər müharibə iştirakçıları kimi RİH tərəfindən əkin məqsədilə 1 ha torpaq sahəsi ayrılıb və bütün köməklilklər edilməkdədir.
 
GUNinfo.net olaraq , əməkdaşlarımızın apardığı araşdırmalardan məlum olub ki Salyan RİHB tərəfindən prezident İlham Əliyevin tapşırıqlarına uyğun , Əlilər, Şəhid Ailələri, Müharibə Vetiranları həttda köməyə ehtiyacı olan vətəndaşlar da vaxtı, vaxtında qayğı və hörmətlə yad edilirlər. Xülasə qondarma yazılar və mətinlər həttda videosujetlər əhali arasında narahatlıq yaratmağa hesablansa da, belə PİARçıların əlinə QARAyaxmadan başqa bir ŞEY keçməyəcəyinə biz də əminik.