BolgeXeber.Com » Bölgə » YAP-ın təsis edilməsinin 30 illiyi ilə əlaqədar Tərtərdə ağacəkmə aksiyası keçirilib

YAP-ın təsis edilməsinin 30 illiyi ilə əlaqədar Tərtərdə ağacəkmə aksiyası keçirilib

11-11-2022, 16:47
Oxunub: 4 344  Yeni Azərbaycan Partiyasının təsis edilməsinin  30 illiyi ilə əlaqədar Tərtərdə  ağacəkmə aksiyası keçirilib 
Ağacəkmə aksiyası Tərtər rayonunun Şıxarx qəsəbəsində şəhidlərin xatirəsinə salınmış “Vətən Bağı”nda keçirilib. 
Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun, YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədovun, şəhid ailələrinin, qazilərin, veteranların və minlərlə YAP üzvünün iştirak etdiyi aksiyada ümumilikdə 3200 ədəd müxtəlif növ meyvə ağacı əkilib.
Aksiyanın keçirilməsində məqsəd ekoloji tarazlığın bərpasına, ətraf mühitin təhlükəsizliyinin və insanların sağlamlığının təmin edilməsinə töhfə verməkdir.