BolgeXeber.Com » Bölgə » Neftçala Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə marifləndirici tədbir keçirilib
Neftçala Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə marifləndirici tədbir keçirilib
9-02-2023, 11:35
Oxunub: 3 344
Bolgexeber.com xəbər verir ki, Neftçala Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun Xıllı qəsəbə 2 saylı tam orta məktəbində “Ağ ölüm bəşəriyyətin bəlasıdır” və “Erkən nikaha qətiyyətlə yox deyək” mövzularında maarifləndirici tədbir keçirilib.
Tədbirdə Təhsil şöbəsinin nümayəndələri, RPŞ-nin əməkdaşları, məktəbin pedaqoji heyəti və yuxarı sinif şagirdləri iştirak ediblər.
Görüşdə çıxış edən Rayon Polis Şöbəsinin rəisinin Şəxsi Heyətlə İş üzrə Köməkçisi, polis kapitanı Valeh Hətəmov narkotik vasitələrin insan sağlamlığına vurduğu zərərlərdən danışıb. O, bildirib ki, qeyd edilən vasitələrin qanunsuz dövriyyəsinin və satışının qarşısının alınması istiqamətində hüquq mühafizə orqanları əməkdaşları tərəfindən qətiyyətli əməliyyat tədbirləri keçirilir və hər gün onlarla bu cinayət əməli ilə məşğul olan şəxs saxlanılaraq məsuliyyətə cəlb olunur.
“Erkən nikaha qətiyyətlə yox deyək” mövzusunda çıxış edən polis şöbəsinin əməkdaşı, polis mayoru Yalçın Qafarov tədbir iştirakçıları yeniyetmə vaxtlarında gənclərin, xüsusən də qızların ailə qurmasının onların gələcəkdə fiziki və mənəvi sağlamlığı üçün ciddi təhlükə törətdiyini qeyd edərək, məktəblilərə təhsilləri barədə dəyərli tövsiyələr verib.
Tədbirin sonunda narkotiklərin zərərli təsiri ilə bağlı videoçarxlar nümayiş etdirilib və məktəbliləri maraqlandıran suallar cavablandırılıb.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər