BolgeXeber.Com » Bölgə » Sabirabad rayonunda qardaş Türkiyə xalqına yardım kampaniyası davam edir
Sabirabad rayonunda qardaş Türkiyə xalqına yardım kampaniyası davam edir
10-02-2023, 11:23
Oxunub: 3 888
Bolgexeber.com xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Türkiyədə təbii fəlakətin nəticələrinin aradan qaldırılması ilə əlaqədar qardaş ölkəyə genişmiqyaslı yardım kampaniyasına başlanılmışdır. Hazırda zəlzələdən zərər çəkənlər üçün təşkil edilən yardım aksiyasına qoşulan təşkilatların və vətəndaşların sayı durmadan artır. Sabirabad Rayon İcra Hakimyyəti də yardım kampaniyasına qoşulub.
Bildiririk ki, Türkiyədə baş vermiş güclü zəlzələ nəticəsində minlərlə insanın həlak olması və xəsarət alması hər bir vətəndaşımız kimi, Sabirabad rayon sakinlərini də dərindən sarsıdıb və onlar da qardaş Türkiyənin dərdinə şərikdirlər.
Heydər Əliyev Fondu tərəfindən təşkil edilən yardım kampaniyası üçün Bakı İdman Sarayındakı yardım toplama məntəqəsinə Sabirabad Rayon İcra Hakimiyyəti tərəfindən həm uşaqlar, həm də böyüklər üçün isti geyimlər və təbii fəlakətdən zərər çəkmiş bölgələrdə insanların hazırda ehtiyac duyduğu digər əşyalar, gigiyenik vasitələr, qida məhsulları, xüsusilə quru qidalar təhvil verilib. “Bir millət, iki dövlət” olan Türkiyə və Azərbaycan sevincli günlərində olduğu kimi, kədərli günlərdə də daim birlikdədir və çətin vaxtlarda bir-birini dəstəkləyir.
Eyni zamanda Sabirabad sakinləri də Türkiyədə baş verən zəlzələdən ziyan çəkən qardaş və bacılarımıza kömək məqsədilə yardım kampaniyasına qoşulublar. Təşkil olunmuş bir neçə yardım toplama məntəqəsində rayon sakinləri qardaş ölkə üçün yardımlarını təqdim edirlər. Yardım aksiyasında ictimaiyyətin nümayəndələri, fəal gənclər, iş adamları, idarə və müəssisələrin əmək kollektivləri aktiv şəkildə iştirak edir. Hazırda yardım toplama aksiyası davam edir.
Sabirabad rayon sakinləri qardaş Türkiyədə baş vermiş güclü zəlzələ nəticəsində həlak olan insanlara Allahdan rəhmət diləyir, onların yaxınlarına və türk xalqına bağsağlığı verir, yaralıların tezliklə sağalmasını arzulayır.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər