BolgeXeber.Com » Bölgə » Tərtərlilər Türkiyədə zəlzələdən ziyan çəkmiş bolgələrə yardım aksiyasına qoşulublar

Tərtərlilər Türkiyədə zəlzələdən ziyan çəkmiş bolgələrə yardım aksiyasına qoşulublar

11-02-2023, 14:16
Oxunub: 2 656

Bolgexeber.com xəbər verir ki, 06 fevral 2023-cü il tarixdə qardaş Türkiyə Respublikasında baş vermiş güclü zəlzələ geniş dağıntılara və insan itkisinə səbəb olmuşdur.


Ölkəmizin hər yerində olduğu kimi tərtərlilər də Türkiyədə baş vermiş zəlzələdən ziyan çəkmiş bölgələrə yardım aksiyasına qoşulublar. Rayoda fəaliyyət göstərən  “Vəkiloğlu” MMC, ayrı-ayrı iş adamları, şəhid anaları, qazilər, müxtəlif təbəqələrdən olan insanlar zəlzələ baş vermiş bolgəyə qış paltarları, yataq, yorğan, döşək dəstləri, zəruri gigenik vasitələr və ərzaq yardımları  toplayıblar. Toplanan yardımlar bu gün xüsusi ayrılmış nəqliyyat vasitəsi ilə Tərtərdən Gəncə şəhərində yerləşən Türkiyə Konsulluğuna yola salınıb.


Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov  yardım toplanan məntəqədə olub, sakinlərlə görüşüb. Qeyd edib ki, Azərbaycan  Türkiyədə baş verən zəlzələyə ilk reaksiya verənlərdən oldu, həmişəki   kimi türk qardaş və bacılarının yanında olduğunu bir daha nümayiş etdirdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin, Birinci  vitse-prezident Mehriban xanım Əliyevanın   tapşırığı ilə Türkiyəyə   həm insanların dağıntılar altından çıxarılnması üçün  xilasedicilər, həm    də humanitar yardımlar  göndərildi. Yardımsevər xalqımız da  könüllü surətdə bu aksiyaya qoşuldu.


Rayon rəhbəri aksiyaya qoşulan,  dili bir, dini  bir qardaşlarımıza göstərilən humanitar   yardıma görə hər kəsə öz minnətdarlığını bildirib.