BolgeXeber.Com » Bölgə » Tərtərdə “Heydər Əliyev ili” çərçivəsində ilk ağacəkmə aksiyası keçirilib
Tərtərdə “Heydər Əliyev ili” çərçivəsində ilk ağacəkmə aksiyası keçirilib
14-02-2023, 18:40
Oxunub: 4 008
Bolgexeber.com xəbər verir ki, Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında” Respublika Prezidentinin 29 sentyabr 2022-ci il tarixli Sərəncamına əsasən Umummilli Liderin anadan olmasının 100 illiyi və 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsinə dair Tərtər Rayon İcra Hakimiyyətinin Tədbirlər Planına əsasən rayonda silsilə tədbirlər keçirilir.
Həmin Tədbirlər Planına əsasən fevral ayının 14-də rayon icra kakimiyyətinin təşkilatçılığı ilə şəhərin Heydər Əliyev prospektində ilk ağacəkmə aksiyası keşirilib. Aksiyadan öncə prospektdə abadlıq işləri aparılıb, telekommunikasiya xətləri qaydaya salınıb, gecə işıqlandırılması lampaları yenisi ilə əvəz olunub.
Aksiya çərçivəsində Umummilli Liderin adını daşıyan prospektdə ilkin olaraq 100 ədəd şam ağacı, eyni zamanda Heydər Əliyev prospektində, Şıxəli Qurbanov küçəsində və Sabir parkında 5 min ədəd həmişəyaşıl təkgöz kolu əkilib.
Aksiyada iştirak edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov ”Heydər Əliyev ili” çərçivəsində keçirilən ağacəkmə aksiyasının ekoloji tarazlığın qorunmasında mühim rol oynadığını, Ulu Öndərin Azərbaycanın - doğma Vətənimizin hər qarışına verdiyi dəyərin unudulmadığını, daim yaşayacağını təbliğ etdiyini bildirib.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər