BolgeXeber.Com » Bölgə » Balakəndə təhlükəsizlik kəmərindən istifadə etməyən sürücülər barəsində tədbir görülüb

Balakəndə təhlükəsizlik kəmərindən istifadə etməyən sürücülər barəsində tədbir görülüb

17-02-2023, 19:14
Oxunub: 1 664

Balakən Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə nəzarət-profilaktik tədbirlər keçirilib.


Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Bolgexeber.com-a  verilən məlumata görə, keçirilən tədbir zamanı təhlükəsizlik kəmərindən istifadə etməyən, yol-hərəkəti qaydalarını pozan sürücülər polis əməkdaşları tərəfindən müəyyən edilib. Həmin sürücülərə özlərinin və digərlərinin sağlamlığına laqeyd yanaşmamaları tövsiyə olunub.


Sadalanan qayda pozuntularına yol verən şəxslər barəsində inzibati tənbeh tədbirləri görülüb.