Aldığı narkotik vasitəni atıb qaçmaq istəyən Ucar sakini saxlanıldı
18-02-2023, 09:20
Oxunub: 3 128
Ucar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində daha bir uğurlu əməliyyat tədbiri keçirilib.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Bolgexeber.com-a verilən məlumata görə, sosial şəbəkə vasitəsilə tanış olduğu əcnəbi narkotacirdən onlayn yolla narkotik alan Ucar rayon sakini, əvvəllər də narkotiklərə görə məhkum olunmuş Ağası Cavadovun saxlanılması istiqamətində əməliyyat tədbiri qurulub. Sifariş etdiyi narkotik vasitəni əldə etdikdən sonra sərnişin qismində taksilərin birinə əyləşən A.Cavadov daha sonra onların arxasınca polis əməkdaşlarının gəldiyini görüb və hərəkətdə olan nəqliyyat vasitəsinin arxa sağ şüşəsindən həmin narkotik vasitələri yolun kənarına atıb. Lakin polis əməkdaşları taksini saxlayaraq sonuncunun qaçmasının qarşısını alıblar.
Bundan sonra isə yol kənarına atılan sellofan torba həmin ərazidən götürülüb və içərisindən təmiz çəkisi 1 kiloqram 240 qram heroin aşkarlanıb.
Faktla bağlı Ucar RPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanılıb, rayon məhkəməsinin qərarı ilə A.Cavadov barəsində həbs qətimkan tədbiri seçilib. Saxlanılan şəxsin cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər