Şamaxıda evlərdən silsilə oğurluqlar edən şəxs saxlanılıb
20-02-2023, 12:06
Oxunub: 2 896
Şamaxı rayonunda yerləşən evlərdən yanvar-fevral aylarında silsilə oğurluqlar edilməsi barədə rayon polis şöbəsinə məlumat daxil olub. 4 evə daxil olan naməlum şəxs ümumi dəyəri 1600 manatdan artıq olan- mobil telefonlar, fotoaparat, planşet, televizor avadanlıqları və digər əşyaları oğurlayıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Bolgexeber.com-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən hadisə yerlərinə baxış keçirilib və iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar götürülüb. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən rayon sakini Zamir İmanov elə “iş başında” yaxalanıb. Belə ki, sonuncu dəfə rayon ərazisində yerləşən evlərin birindən oğurluq etmək istəyən həmin şəxs tutularaq istintaqa təhvil verilib. O, ifadəsində rayon ərazisindəki yaşayış olmayan daha 40-a yaxın mənzildən oğurluq etdiyini və əldə etdiklərini yaşadığı evin həyətyanı sahəsindəki tövlədə gizlətdiyini bildirib.
Faktla bağlı Şamaxı Rayon Polis Şöbəsində cinayət işi başlanılıb. Saxlanılan şəxsin digər analoji cinayətlərdə də iştirakı istisna edilmədiyindən onun ətrafında əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər