BolgeXeber.Com » Bölgə » "Narkomaniyaya yox deyək!” mövzusunda maarifləndirici tədbir keçirilib
"Narkomaniyaya yox deyək!” mövzusunda maarifləndirici tədbir keçirilib
22-02-2023, 14:13
Oxunub: 3 384
Bolgə.TV xəbər verir ki, Şirvan şəhəri 21 saylı tam orta məktəbdə “Narkomaniyaya yox deyək!” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Şəhər İcra Hakimiyyətinin, Şirvan Şəhər Polis Şöbəsinin və Dövlət Təhlükəsizliyi Xidmətinin Şirvan Şəhər Şöbəsinin rəhbərliyi, Şirvan Şəhər Prokuroru, şəhər ərazisində yerləşən 6 məktəbin pedaqoji heyəti və yuxarı sinif şagirdləri iştirak ediblər.
Görüşdə çıxış edən Şirvan Şəhər Polis Şöbəsinin rəisi, polis polkovniki Fizuli Əhmədov və digərləri dövrümüzün ağır bəlasına çevrilən narkomaniyanın insan sağlamlığı üçün yaratdığı təhlükələrdən, asılılıqlardan, eləcə də mənəvi aşınmadan və digər fəsadlarından söz açaraq, ölkəmizdə narkomanlığa qarşı aparılan mübarizədən danışıblar. Bildirilib ki, hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxslərə qarşı qətiyyətli tədbirlər görülür, bu cinayət əməli ilə məşğul olan hər bir şəxs polis əməkdaşları tərəfindən saxlanılaraq məsuliyyətə cəlb edilir. Siz gənclər isə belə hallardan uzaq durmalı, gələcəyin peşəkar kadrları kimi yetişmək üçün bütün bilik və bacarıqlarınızı təhsilinizə yönəltməlisiniz.
Görüşün sonunda məktəbliləri maraqlandıran suallar cavablandırılıb və narkotiklərin zərərlərindən bəhs edən film nümayiş etdirilib.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər