Salyanda marifləndirici tədbirlər keçirilib
22-02-2023, 19:19
Oxunub: 3 608
BolgəTV xəbər verir ki, Salyan Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun Arbatan, Qarabağlı və Yuxarı Xalac kənd tam orta məktəblərində “Narkomaniyaya yox deyək”, “Erkən və Qohumlar arasında nikahların mənfi nəticələri” mövzularında maarifləndirici görüşlər keçirilib. Tədbirlərdə polis şöbəsinin əməkdaşları, məktəblərin pedaqoji heyəti və yuxarı sinif şagirdləri iştirak ediblər.
Görüşlərdə çıxış edən RPŞ-nin rəis müavini, polis polkovnik-leytenantı Asəf Əhmədov, narkomaniyanın gənclərin mənəviyyatına və əxlaqına mənfi təsir göstərməsindən, zərərli maddələrin aludəçisinə çevrilən şəxslərin həyatlarının puç olmasından danışıb. Bildirib ki, bu maddələrin qurbanına çevrilən gənclər onun fəsadlarından qurtula bilmir, öz parlaq gələcəklərini məhv edirlər.
Daha sonra digər mövzular ətrafında çıxış edən tədbir iştirakçıları məktəblilərə dəyərli tövsiyələr verərək onları maraqlandıran sualları cavablandırıblar.
Hər üç tədbirin sonunda narkotiklərin fəsadlarından bəhs edən film nümayiş etdirilib.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər