BolgeXeber.Com » Bölgə » Narkotik vasitələrin təsiri altında avtomobil idarə edən şəxs müəyyən edilib
Narkotik vasitələrin təsiri altında avtomobil idarə edən şəxs müəyyən edilib
24-02-2023, 09:38
Oxunub: 3 272
Neftçalada yol polisinin keçirdiyi nəzarət-profilaktiki tədbirlər zamanı narkotik vasitələrin təsiri altında avtomobil idarə edən şəxs müəyyən edilib
Neftçala Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən yollarda hərəkətin təhlükəsizliyinin təmin edilməsi və baş verə biləcək qəzaların qarşısının alınması ilə əlaqədar nəzarət-profilaktiki tədbirlər davam etdirir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Bolgə.TV-yə verilən məlumata görə, aparılan monitorinqlər zamanı bir qrup gəncin dövlət qeydiyyat nişanı olmadan, eləcə də qanunla qadağan edilməsinə baxmayaraq, avtomobili konstruksiya dəyişikliyi etməklə idarə etdiyi və digər hərəkət iştirakçılarına təhlükə yaratdığı məlum olub. Həmin sürücülər yol polisi əməkdaşları tərəfindən saxlanılıb, onlarla yol verdikləri qayda pozuntusu ilə bağlı izahedici söhbətlər aparılıb və barələrində qanunvericiliyə uyğun olaraq tədbirlər görülüb.
Bundan əlavə, təssüf doğuran hallardan biri də onların arasında bir neçə sürücü bundan əvvəl də anoloji inzibati xətaya görə məsuliyyətə cəlb olub.
Həmçinin keçirilən tədbirlər zamanı narkotik vasitənin təsiri altında nəqliyyat vasitəsini idarə edən sürücü də aşkarlanıb. Belə ki, DYPB-nin əməkdaşları rayon ərazisində hərəkətdə olan “VAZ” markalı avtomobilin sürücüsünə qayda pozuntusuna yol verdiyi üçün “Saxla” işarəsi veriliblər.
Həmin nəqliyyat vasitəsini idarə edən rayon sakini Nicat Ağayevin narkotik vasitə qəbul etməsinə dair şübhələr olduğundan o, tibbi müayinədən keçirilib. Müayinənin nəticəsinə əsasən sürücünün narkotik vasitə olan marixuana istifadə etdiyi məlum olub.
Həmin şəxs barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Neftçala Rayon Məhkəməsinə göndərilib.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər