BolgeXeber.Com » Bölgə » Tərtərdə Vətən müharibəsi iştirakçısı Qarazadə Əlinin toy mərasimi keçirilib

Tərtərdə Vətən müharibəsi iştirakçısı Qarazadə Əlinin toy mərasimi keçirilib

25-02-2023, 17:43
Oxunub: 2 016

Bolgə.TV xəbər verir ki, Tərtər rayonunun Qaradağlı kəndindən olan Vətən müharibəsi iştirakçısı, Xüsusi Təyinatlı Qüvvələrin mənsubu Qarazadə Əli Ramil oğlunun toy mərasimi keçirilib. Toy şənliyində ailə üzvləri ilə bərabər Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov, Milli Məclisin Deputatı Sahib Alıyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsinin rəisi Elşən Abdullayev, Vətən müharibəsi qaziləri, veteranları iştirak ediblər.


Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov toy mərasimində çıxış edərək yeni ailə quran gəncləri təbrik edib, onlara xoşbəxtlik, firavan həyat arzulayıb. Sonra icra başçısı Azərbaycan Respublikasının Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında bizə qələbə sevincini yaşadan Əli kimi igid oğlulların sayəsində torpaqlarımızın işğaldan azad edildiyini bildirib. 

Rayon rəhbəri şəhidlərə Ulu Tanrıdan rəhmət, qazilərə can sağlığı, diləyib, vətənpərvər oğul böyütdükləri üçün Əlinin valideynlərinə öz minnətdarlığını bildirib.


Rayon rəhbəri dövlət başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın daim şəhid və qazi ailələrinin yanında olduqlarını, onların problemlərinə diqqət və qayğı ilə yanaşdıqlarını və möhtərəm Prezidentin bütün dövlət qurumlarının qarşısında bu həssas təbəqəyə aid olan insanların problemlərinin həllini bir nömrəli vəzifə kimi müəyyən etdiyini vurğulayıb. Şəhid ailələrinə, qazilərə və veteranlara göstərilən diqqət və qayğının dövlət siyasətinin prioritetlərindən olduğunu qeyd edib.


Milli Məclisin deputatı Sahib Alıyev də gəncləri təbrik edərək onlara xoşbəxtlik arzulayıb. Vətən müharibəsində tərtərlilərin düşmənə bir sipər olduğunu, daim yaşayış məntəqələrinin atəşə tutulmasına baxmayaraq öz ev-eşiklərini tərk etmədiklərini bildirib.


Toy şənliyində digər çıxış edənlər də yeni ailə quran çütlüyü təbrik edib, onlara xoş arzularını çatdırıb, xoşbəxt, firavan həyat arzulayıblar.


Qeyd edək ki, Vətən müharibəsi iştirakçısı Qarazadə Əli Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə "Vətən müharibəsi iştirakçısı", "Şücaətə görə", "Döyüşdə fərqlənməyə görə", “Kəlbəcərin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə”” medalları ilə təltif olunub.