BolgeXeber.Com » Bölgə » Müstəqim Məmmədov Xocalıdan olan ailələrlə görüşüb

Müstəqim Məmmədov Xocalıdan olan ailələrlə görüşüb

26-02-2023, 11:55
Oxunub: 1 864

Bolgə.TV xəbər verir ki, Tərtər rayon icra hakimiyyətinin başçısı Xocalıdan olan ailələrlə görüşüb


Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov  YAP Tərtər Rayon Təşkilatının sədri Eldar Əsədovla birlikdə rayonumuzda müvəqqəti məskunlaşmış 17 Xocalı  ailəsi ilə görüşüb, onların qayğıları ilə maraqlanıb.


İcra başçısı xocalılarla söhbət zamanı Ümummilli lider Heydər Əliyevin Xocalı soyqırımı barədə sözlərini yada salıb: “Bu amansız və qəddar soyqırım aktı insanlıq tarixinə ən qorxulu kütləvi terror, Xocalı faciəsi erməni millətinin yüzilliklər boyu türk və Azərbaycan xalqına qarşı apardığı soyqqrımı və etnik təmizləmə siyasətinin qanlı səhifəsi idi”. O, XX əsrin sonunda bəşəriyyətin gözü qarşısında törədilmiş bu qanlı cinayətə hüquqi qiymət verilməsi, cinayətkarların öz əməllərinə görə cəzalandırılmasının  Azərbaycan dövlətinin və hökumətinin daim diqqət mərkəzində olduğunu bildirib.


Rayon rəhbəri bildirib ki, əsrlər ötsə də, xalqımız bu faciəni unutmayacaq. Biz, artıq  Xocalı hadisələrini qeyd edərkən, bir təskinlik də tapırıq.  Çünki Ali baş komandan cənab İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuz cinayətkarların cavabını döyüş meydanlarında verdi, qisas qiyamətə qalmadı, böyük və şanlı zəfər gününü yaşadıq.


Tədbirdə Xocalıdan olan  ailələrə ərzaq yardımı verililib. Xocalılar onlara göstərilən daimi diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.