BolgeXeber.Com » Bölgə » Tərtərdə “Heydər Əliyev ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
Tərtərdə “Heydər Əliyev ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
1-03-2023, 15:59
Oxunub: 3 408
Bolgə.TV xəbər verir ki, Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında” Respublika Prezidentinin 29 sentyabr 2022-ci il tarixli Sərəncamına əsasən Umummilli Liderin anadan olmasının 100 illiyi və 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsinə dair Tərtər Rayon İcra Hakimiyyətinin Tədbirlər Planına əsasən mart ayının 1-də rayon icra kakimiyyətinin təşkilatçılığı ilə şəhərin Heydər Əliyev prospektində, Mehdi Hüseynzadə, Şıxəli Qurbanov, Mahir Əsədov, küçələrində və “Sabir” parkında növbəti ağacəkmə aksiyası keşirilib.
Aksiyada rayon icra hakimiyyətinin əməkdaşları, YAP rayon təşkilatının könüllüləri, İƏD üzrə nümayəndələr və şəhər sakinləri iştirak ediblər.
Aksiya çərçivəsində 700 ədəd eldar şamı, 1000 ədəd qızılgül və 100 min ədəd həmişəyaşıl təkgöz kolu əkilib.
Aksiyada iştirak edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov bildirib ki, təbiətin mühafizəsi, ekoloji vəziyyətin yaxşılaşdırılması xalqımızın Ümummilli Lideri Heydər Əliyevin çoxşaxəli fəaliyyətinin mühüm tərkib hissəsi olub. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu ekoloji siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilərək ölkəmizdə ətraf mühitin mühafizəsi və ekoloji təhlükəsizliyin təmin edilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.
Qeyd edək ki, tədbirlər planına uyğun olaraq rayonun kənd yaşayış məntəqələrində də ağacəkmə aksiyasına start verilib.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər